Menu

Prokurorluq Şəkidə 5 yaşlı uşağın ölümünü araşdırır

23.01.2023, 17:19
Prokurorluq Şəkidə 5 yaşlı uşağın ölümünü araşdırır

Şəkidə 5 yaşlı uşağın həkim səhlənkarlığı nəticəsində öldüyü iddia olunur.

Bu barədə APA-ya iki gün əvvəl Şəki Mərkəzi Xəstəxanasında vəfat edən Zəhra Eyvazlının yaxınları məlumat verib.

Azyaşlının dayısı Akif Məmmədovun sözlərinə görə, Zəhra nəfəs çatışmazlığından deyil, tibb bacısının köçürdüyü sistemin əks təsirindən dünyasını dəyişib:

“Həmin gün xəstəxanada həkim tapılmadığı üçün Zəhraya tibb bacısı sistem köçürdü. Evə qayıdandan sonra uşağın temperaturu yüksəldi, qanında parçalanma yarandı. İlkin rəy veriblər ki, uşaq nəfəs çatışmazlığından vəfat edib. Biz hesab edirik ki, ölümə səbəb tibb bacısının köçürdüyü sistem olub. Həmin vaxt xəstəxanada həkim olsaydı, bəlkə də belə olmazdı”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Şəkili 2023-01-23 21:29:19

Şəki RMX-ı köklü surətdə yoxlanılmalıdır, çünki peşəkar həkimlər kənarlaşdırılmışdır ? Şəhla həkim kimi savadlı həkimi kənarlaşdıraraq yerinə Qorxmaz İbrahimxəlilovu əlillərin həkim komissiyasına sədr təyin etmişlər, unutmuşlar ki, Qorxmazı Qan Köçürmə Bankından yol verdiyi nöqsanlara görə qovulmuşdur !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol