Menu

Pakistanda partlayış baş verib, bir hərbçi həlak olub

24.01.2023, 00:18
Pakistanda partlayış baş verib, bir hərbçi həlak olub

Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hərbçi həlak olub. "Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə rayonun cənubundakı Canı-Xel ərazisində qeydə alınıb, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı ilə hücum təşkil ediblər.

Ordu hazırda terrorçuları məhv etmək üçün hadisənin baş verdiyi ərazini təmizləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol