"Lombardların lisenziyalaşdırılması çox vacibdir" - Vahid Əhmədov

Azərbaycanda lombardların fəaliyyəti üçün lisenziyaların verilməsi çox vacibdir.

“Report”un məlumatına görə, bunu deputat Vahid Əhmədov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər süni qiymət artımı var: “Müsbət nəticələri hələki görmürəm. 2023-cü ildə də inflyasiyanın azalacağına inanmıram. Biz çalışmalıyıq ki, "Lombardlar haqqında" Qanunu qəbul edək”.

O bildirib ki, Gürcüstanda qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni bu qiymətdən yuxarı məhsullar satıla bilməz: “Təklif edirəm ki, İqtisadiyyat Nazirliyilə qiymət siyasəti ilə bağlı görüş keçirək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar