"Türkiyədə qiyməti 3 manat olan dərman Azərbaycanda 39 manata satılır" - Əli Məsimli

Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar.

“Report”un məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün Məcəllənin qəbul olunması önəmlidir: “Süni sürətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır: Əvvəl illik inflyasiya 4% proqnozlaşdırılmışdı, 14,6% oldu. Xalq istehlak malları hətta 20%-dən 92%-ə qədər artıb”.

Ə. Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur: “İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədə qiyməti 3,2 manat olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunu qarşısını düşünürəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.

Bundan başqa, deputat deyir ki, pensiya yaşı ilə bağlı müraciətlər var: “Müəllimlər və həkimlər qalıb işləmək istəyir. Pensiya yaşına çatana qədər insanların bir hissəsi dünyasını dəyişir, pensiya yaşının 65-ə çatdırılması tələskənlikdir. Pensiya yaşına baxmaq üçün yenidən dinləmələrin keçirilməsini təklif edirik”.

635x100

Şərhlər

Əli Məsimliyə 2023-01-24 16:43:19

Türkiyədə Azərbaycan manatı ilə 6.7 manata olan "RLOMAX" MR Bakıda Türk aptekdə 29 manata təklif olunur. Bu AZərbaycanda bu sahədə özbaşınalıq və nəzarətin olmaasını,və belə apteklərin bağlı olduqları firmalaerın vergidənə yayınmasını təsdiqləyir.

t.ədalət 2023-01-24 13:59:55

Bunun qarşısını almaq üçün aptekləri səhiyyə nazirliyinin balansına vermək lazımdır.Sonra da xaricdən gələn dərmanlar respublika gömrük komitəsində istehsal olunduğu ölkədəki qiymətləri üzrə rüsuma alınmalıdır.Hər bir dərmanın üzərində istehsal qiyməti+gömrük rüsumu+Azərbaycanda əlavə edilmiş qiymət -olmalıdır.Dünya təcrübəsində belədir.Ümumiyyətlə,məhsulların satışını İraq kürdüstanı formasından çıxarıb sivil qaydada aparmaq lazımdır.Ölkədə dövlətsizliyi göstərən məsələlərdən biri də xaicdən gətirilən malların nəzarətsiz satışıdır.

Son yazılar