Özbəkistan Prezidenti Türkiyə XİN başçısını qəbul edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

“Report” xəbər verir ki, türkiyəli nazir bu barədə tviter hesabında yazıb.

Bildirilib ki, tərəflər strateji əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar