Türkiyə, İsveç və Finlandiya üçtərəfli görüşü ləğv edilib

Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli formatda görüş ləğv edilib.

Bu barədə "Report" “Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Ankaranın tələbi ilə üçtərəfli formatdakı görüş qeyri-müəyyən müddətə təxirə salınıb.

635x100

Şərhlər

Elmira 2023-01-25 09:55:55

dadaşyev düz danışmır.

dadaşyev 2023-01-24 22:54:28

Məsələ bundadır ki,Rusiya-Ukrayna müharibəsi bəllidir ki gec-tez sülhlə bitəcək.Şərqi Ukrayna Rusiyanın,Qərbi Ukrayna NATO-nun,Malorossiya deyilən beş vilayət də balacalaşdırılmış Ukraynanın olacaq.Bu qaçınılmazdır.ABŞ-ın Ukraynaya dəstəyi Rusiyanın yalnız Şərqi Ukraynayla kifayətlənməsi üçündür,yoxsa bütün Ukraynanı udmaq iştahındaydı bir il əvvəl Rusiya.Amma ABŞ-la Rusiyanın bir masada oturması üçün İsveçlə Finlandiyanın NATO-ya girməməsi də lazımdır Rusiya üçün.Bunun üçünsə NATO üzvlərindən birisinin İsveç və Finlandiyaya qarşı çıxması yetərlidir.O üzdən İsveçdə Türkiyə əleyhinə oyun çıxarmalıydı ABŞ agentləri əlaltından.Budur,oyunu çıxardılar,nəticədə Türkiyə küsdürüldü,üçtərəfli görüş baş tutmadı,demək İsveçlə Finlandiya NATO-nu yuxularında görərlər.İndi artıq ABŞ istədiyi vaxt Rusiya ilə bir masaya otura bilər.Zelenski razı olmazmı?Razı olmaz,onu aradan götürüb başqasını oturdar onun yerində Amerika.Və ya sadəcə olaraq dəstəyini bir-iki aylığına çəkər Ukraynadan,vəssalam.Silah olmazsa nəylə savaşacaq Ukrayna?Daha qəribəsi də budur ki,bəlli ki Türkiyə də Rusiya ilə araları pozmamaq üçün İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxmalıydı başdanca.Əsaslı səbəb lazım idi.Budur,bu da əsaslı səbəb.O ayrı məsələdir ki,Türkiyənin bu əsaslı səbəbin olacağından xəbəri varmıydı?Olmaz olurmu?Mİ və MOSSAD kimi dünyanın öndə gedən üç-dörd kəşfiyyatından önəmlisi MİT deyilmi?Yau kardeşim,bu siyasət ki var,kino kimi çox qəliz şeydi.Həm qəlizdi,həm də vacib.

Son yazılar