"EKOFƏALLARIN AKSİYASI DAYANDIRILMALIDIR..." - “Laçında, Ermənistanla sərhəddə gömrük və dövlət sərhəd xidməti fəaliyyətə başlamalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Avropa Parlamentinin, bəzi Avropa ölkələrinin, ABŞ dövlət katibinin Laçın - Şuşa yolunda ekoloqların keçirdiyi aksiya ilə əlaqədar Azərbaycan dövlətindən yolun açılmasını tələb etmələrinə və ölkəmizin buna görə təhdid olunmasına münasibətinizi bilmək istərdik.

- İşğalçı Ermənistanı müdafiə etmək istəyən dairələr anlamalıdırlar ki, onların guya Qarabağda yaşayan erməni əhalinin humanitar vəziyyətindən narahat olamları barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil. Əvvəla, yol humanitar fəaliyyət üçün açıqdır. Ordan yalnız hərbi silah-sursatın, minaların və qanunsuz istismar olunan təbii sərvətlərin daşınmasına imkan verilmir. Niyə onları Azərbaycan təbiətinin işğaçı qüvvələr tərəfindən qanunsuz və vəhşicəsinə istismar olunması narahat etmir? Niyə onları Azərbaycanın öz ərazisində - erməni sakinlərin yaşadığı Qarabağda, dövlətin suveren hüquqlarının bərpa olunmaması narahat etmir? Axı,onlar yaxşı bilirlər ki, həmin torpaqlar Ermənistanın işğalının nəticəsi olaraq Azərbaycanın nəzarətindən çıxarılıb. Niyə Ermənistandan tələb olunmur ki, qonşu dövlətin ərazi bütövlüyünü tanısın və qanlı seperatizmi dəstəkləməməsin? Niyə münaqişənin nədən başlamasını unudurlar? Bu riyakarlar fərqində deyil ki, işğalın nəticələri aradan qaldırılmayıb, bir milyon insan ev-eşiyindən didərgin salınıb. Onların çoxu 30 ildən artıqdır ki, ağır bir həyat yaşayırlar. Əgər buna həyat demək mümükünsə. On minlərlə azərbaycanlı ermənilər tərəfindən soyqrım cinayətlərinə məruz qalıb. Niyə onları digər sovet respublikalarındakı seperatçıların taleyi narahat etmir və onlara yardım etmirlər? Bilrsiniz, Qərb riyakarlarına ünvanlanacaq o qədər suallar var ki...

- Ali dəyərləri mənimsəmiş, inkişaf etmiş Qərb cəmiyyəti nədən bizə münasibətdə bu qədər ədalətsiz davranır?

- Səbələr çoxdu. Ən başlıcası bizim müsəlman ölkəsi olmağımızdır. Həm də Qərbdə güclü, siyasi baxımdan fəal ictimai-siyasi xadimləri alıb özlərinə işlətməyi bacaran pullu erməni diasporası var. Bizim müstəqil siyasət yürütməyimiz, Rusiya və Türkiyə ilə dostluq və əməkdaşlıq münasibətlərimiz də onları qıcıqlandırır. Ona görə bizə təzyiq edirlər. Biz də onların dediklərini qətiyyətlə rədd etməliyik. Əgər sülh istəyirlərsə, Ermənistana desinlər ki, Azərbaycanla heç bir şərtsiz sülh sazişi imzala, çünki Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hüquqlara sayğı göstərənlər Azərbaycanın Qarabağ üzərində dövlət suverenliyinin bərpa olunmasına yardım etməlidir. etnik seperatizmi dəstəkləməməlidirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, o zaman həmin ərazidə Azərbaycanın suveren hüquqları tanınmalıdırlar.

- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Ekofəalların aksiyası dayandırılmalı, Ermənistanla dövlət sərhəddi Laçında tam bərpa olunmalı, Laçında, Ermənistanla sərhəddə gömrük və dövlət sərhəd xidməti fəaliyyətə başlamalıdır. Azərbyacan Rusiya ilə bunu razılaşdırmalıdır. Heç kim bizə deyə bilməz ki, niyə dövlət sərhədlərinə nəzarət etmək istəyirsən. Biz Qərbin riyakar bəyanatlarını, Avropa İttifaqının Ermənistana göndərməyə hazırladığı 200 nəfərlik müşahidə missiyasını bir kənara atıb Rusiya ilə danışmalıyıq. Uzun illərdir mən bunu söyləyirəm. Rusiya özünü ləyaqətli dost və qonşu hesab edirsə özündə güc tapıb Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane olmamalı, Azərbaycanın haqq işini dəstəkləməlidır. Ermənistanla Rusiyanın müttəfiqlik münasibətləri o demək deyil ki, Rusiya Ermənistanın işğalçılıq siyasətini və etnik seperatizmi dəstəkləməlidir.

635x100

Şərhlər

Xaqan Xalqdan 2023-01-25 21:05:37

Milli Məclis ilk iclasında Sərhəd xidmətini, Gömrük nəzarətini bütün sərhəd boyuna Konstitusion vəzifə borcu kimi icrasını tələb etməlidir! *Statussuz* əski separatçı zonadakı naməlum silahlılar və vətəndaşlar tərk edən sona ana qədər Azərbaycana ciddi viza rejimi tətbiq edilməlidir! Bu hər halda Hərbi fövqəladə vəziyyətdən mülayim rejimdir?

qaragüruha Mücərrəd 2023-01-25 18:33:41

Çoxsaylı Şüarlarızın önünə Sizin *Davay, do svidanya!* devizini qoyardım. MM üzvünün irad bildirdiyi *qərb* BMT operativ həlli verib! İllər replika və təkliflər verilib ki, Azərbaycanın yaxını Kreml ən optimal icraçısıdır! MM üzvü də digər potensal icra təşkilatının üzvüdür! Ancaq, heç kəs açıqlamır ki, Laçın yolu-sərhəddini Zəfərdən öncə belə və sonra Azərbaycan niyə açıq qoyur? Məcburiyyət haradan, irad niyə *qərbə*?

qaraguruh 2023-01-25 16:20:28

с теми кто нас не ценит-ругаться не надо--с ними надо прощаться

qaraguruh 2023-01-25 16:17:38

в этом мире нет справедливости-смиритесь с этим

Mücərrəd Müslümov 2023-01-25 15:54:25

Biz kənara əsaslı səbəbdən irad və iddialar təqdim edə bilərik! Ancaq, bizim sərhəd, xüsusilə yadelli hərbi işğalçı və nümayəndələri üçün Laçın sərhəddi (elə çoxdan) hansı əsasla və Zəfərdən sonra niyə açıqdır?

Hakim Aydınlı 2023-01-25 14:34:40

*Aparıcı qərb* süni Siyasi DQMV münaqişəsini BMT TŞ qətnaməsi üzrə belə Azərbaycana yaxın RFnın daha operativ həll edə biləcəyini dəfələrlə qeyd edib, hətta replikalar (B.Yeltsinə, A.Merkeldən), təkliflər də (NATO, Çin və s.) mövcud idi?

Ədalət Haqqı 2023-01-25 14:24:32

Bütöv AzXCP sədri, MM üzvü Cənab Həsənqulliyevin xalqcəbhəsi.az a müsahibəsi Müqəddəs Ruhları belə dindirib? DQMV sovetliyinin məlum terrorbaşları ilə yüz minlərlə azərbaycanlı ailələrinin doğma insani haqqlarını və azı on iki min vətəndaşımızın həyatını məhv məhv etmiş cinayətkarları KİMlər mühakimə etməliydi? BMT TŞ operativ DQMV həllini nə vaxt qəbul edib?

Son yazılar