UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək

UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək. APA xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib. 

O bildirib ki, ölkəmizdəki universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olmaları isə nəzərə alınmır: "Lakin xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir və akademik traksriptlərlə yanaşı, qeyri-akademik transkript də verilir. Biz də təqribən iki ildir bunun üzərində çalışırıq. Növbəti mərhələdə biz, ekspertlər və iş adamları ilə qeyri-akademik traksriptin verilməsini müzakirə edəcəyik və gələcəkdə tələbələrimizə qeyri-akademik transkript də veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar verəcək. Həmin transkriptdəki QR kodu oxutduran işgötürən tələbəmizin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq".

Rektor əlavə edib ki, Universitetin tələbələri ən azından bir xarici dil bilməlidir: "Qarşımıza məqsəd qoymuşuq ki, tələbələrimizə təhsil aldığı müddətdə bir xarici dili öyrədək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar