Hindistan rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bütün üzvlərini, o cümlədən Pakistan və Çini mayın 4-dən 5-dək Qoa şəhərində keçiriləcək Xarici İşlər Nazirlərinin Toplantısına dəvət edib.
“AzPolitika.info” “The Economic Times”ə istinadla xəbər verir ki, Hindistan keçən ilin sentyabrında 9 üzvlü meqa qrupa sədrlik edib və bu il əsas nazirlərin görüşlərinə və sammitə ev sahibliyi edəcək.
Çinin yeni Xarici İşlər naziri Qin Qanq və Pakistanın Xarici İşlər naziri Bilaval Bhutto dəvət olunsalar da, hələlik Pakistan tərəfindən B.Bhuttonun görüşdə iştirak edib-etməyəcəyinə dair heç bir təsdiq yoxdur. Pakistan bu ayın sonunda Mumbayda keçiriləcək ŞƏT Film Festivalında iştirak etməyəcək. Bütün ölkələr müraciətlər göndərsə də, Pakistan qrupun üçüncü belə film festivalında nümayiş üçün heç bir film göndərməyən yeganə ölkədir.
20 illik təşkilata Rusiya, Hindistan, Çin, Pakistan və Mərkəzi Asiyanın dörd ölkəsi – Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üzvdür.
İran üzv olan sonuncu ölkədir və Hindistanın sədrliyi altında ilk dəfə olaraq qrupun tamhüquqlu üzvü kimi toplantıda iştirak edəcək.
AzPolitika.info


Şərhlər