Menu

Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarıldı

26.01.2023, 21:48
Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarıldı

Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarılıb.

MR DİN-in Cinayət Axtarış İdarəsinin əməkdaşları “Çəmən” marketdən satışı qadağan edilmiş aksiz markasız spirtli içkillər və tütün məmulatları aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.

Bu kimi tədbirlərin davamı olaraq Şərur Rayon Polis İdarəsinin əməkdaşları da Siyaqut kəndində kiçik biznes fəaliyyəti ilə məşğul olan vətəndaşdan aksizsiz müxtəlif markalarda siqaretlər aşkarlayaraq götürüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol