Menu

Türkiyə İrandakı səfirliyə hücumu pislədi - "Azərbaycanın yanındayıq"

27.01.2023, 11:14
Türkiyə İrandakı səfirliyə hücumu pislədi - "Azərbaycanın yanındayıq"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

APA NTV-yə istinadən xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib və Azərbaycana başsağlığı verib.

"Daima can Azərbaycanın yanındayıq” - deyə, Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə telefon danışığında bildirib.

O, Türkiyənin Azərbaycana dəstəyini bir daha ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol