İRAN “QARDAŞ” DEYİB, KÜRƏYİMİZDƏN VURUR... - Səfirliyimizə hücumda məqsəd nə olub?

Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən şərəfsiz, xain hücumu gözlənilməz hesab etmək doğru olmaz.

İrandakı rejim rəhbərlərindən tutmuş, onların Azərbaycanın üzərinə hürdürdükləri tulalara qədər Tehran hakimiyyətinə yaxın bütün anti-Azərbaycan dairələr, xüsusilə də 44 günlük müharibədən sonra “zəncir gəmirirdilər”. Gah Ermənistan sərhədlərini öz sərhədləri hesab edir, gah Zəngəzur dəhlizi məsələsini “qırmızı cizgi” adlandırır, gah Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, gah da Azərbaycanın suveren hüquqlarına əl və dil uzadaraq, hansı ölkələrlə, necə diplomatik əlaqələr, münasibətlər qurmağımıza dair bizə az qala göstərişlər verirdilər.

Ermənistana arxa-dayaq durmaqla yanaşı, utanmadan Azərbaycanla qardaşlıqdan dəm vuran bəzi yüksək ranqlı rejim nümayəndələrini ortalığa atır, reallıqda isə Azərbaycana qarşı açıq düşmənçilik, nifrət üzərində qurulan siyasət yürüdürlər. Rəsmi təbliğat vasitələrindən tutmuş, xüsusi olaraq Azərbaycana qarşı informasiya savaşı, təxribatlar törətmək üçün yaradılan kanallara qədər demək olar bütün vasitələrlə çirkin kampaniyalar, təbliğatlar aparırlar.

Bütün bunların nəticəsi bu və ya digər formada özünü hansısa qanlı hadisə, qarşıdurma ilə büruzə verməli idi. Bu baxımdan İrandakı səfirliyimizə qarşı hücumu qətiyyən təsadüfi və hansısa fanatikin təkbaşına törətdiyi əməl deyil.

Bu hücumun məqsədlərinə gəlincə, onlar müxtəlif ola bilər. Hətta ola bislin ki, məqsəd səfirimizi, yaxud başqa bir yüksək ranqlı diplomatımızı qətlə yetirmək olub. Lakin səfirliyimizin şəhid olmuş və yaralanmış əməkdaşları buna imkan verməyiblər.

Əlbəttə ki, İran tərəfi bu hadisə ilə bağlı “təəssüfünü bildirəcək” və cinayətkarların cəzalandırılacağını vəd edəcək. Deyəcək ki, məqsəd “İran-Azərbaycan dostluğuna, qardaşlığına xələl gətirməkdir”, bunu “sionistlər” törədib və sair. Əslində isə bu baş verən hadisə İranın uzun zamandır Azərbaycana qarşı apardığı çirkin, xain siyasətin üzə çıxan nəticəsidir.

Sual olunur ki, nədən bu hadisə İrandakı Ermənistan yox, Azərbaycan səfirliyində baş verib? Guya belə bir cinayətin baş verəcəyindən İran xüsusi xidmət orqanlarının öncədən xəbəri olmayıbmı? Nədən təhlükəsizliyi təmin etməyiblər? Azərbaycan öz səfirliyini qonşu ölkədə tankla, topla, təyyarə iləmi qorumalıdır? Kim təminat verə bilər ki, bu, elə İran xüsusi xidmət orqanlarının öz əl işi deyil?

Bəlkə, Azərbaycana qarşı açıq nifrət, düşmənçilik siyasəti yürüdən İran kimi ölkələrdə ümumiyyətlə, səfirliyimiz olmasın? Nə bizim onlarda, nə də onların bizdə!

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

pensiyaçı 2023-01-28 12:57:15

Belə qardaşın lap ağzına..........əlaqəni kəsmək lazımdır,farsla erməniyə diqqətlə baxın çətin ayırd edərsən hansı kimdir.

Mubariz 2023-01-27 22:46:26

Fars kimi zibillər mənim qardaşım ola bilməz ,əgər kiməsə qardaşdırsa deməli özü kimi qardaşıda oğraşdır ,biz daima bunların bütün hoqqalarına susmuşuq ,günah özümüzdədir ,məşədi Vartanda yox

ELSAD 2023-01-27 22:42:17

Ne qardasi ya farslar bize ne zamandan qardas olub?

t.ədalət 2023-01-27 21:12:26

Səfirliyimizə hücum Rusiyanbın projesidir.Məqsəd Türkiyəni İranla müharibəyə qoşmaq,diqqəti Qarabağdan uzaqlaşdırmaqdır.Əslində İran,Rusiya və Fransa eyni ölkədir.Onsuz da Ukraynada müharibədə uduzan Putin İranın əli ilə Şərqdə də müharibə ocağı yandırmaq istəyir.

Roma 2023-01-27 19:24:20

Hiddətimdən sakit dayana bilmirəm, inanın ki, əlim-ayağım əsəbdən əsir...İran ən şərəfsiz, sözlə ifadə olunası olmayan bir terrorçu, fars molla erməni birləşməsidir...

Eli 2023-01-27 18:15:38

İran mollaları ile aşkar gizli elaqeleri olsn bşzim vetendaşlar terbiyyelendirilmeli ,onlarla lazımı işler aparılmalı,eks teqdirde göndermek lazımdır iranlı “ imamlarının” yanına ,beş on gerizekalı olmasa da olar onsuz da onlar millet ve dövlete leje be tehlükedirler-axmaq dostdansa ağıllı düşmen prinsipi esas götürülmelidir.

Eli 2023-01-27 17:38:12

Mence kimse İranı müselman ölkesi hesanb edirse o ermeniye beraber bir varludır,bu fars milleti ermenidir müselman deyil,eger bele deyilse syal olunur:İranın hansı müselman ölkesi ile isti münasibeti var?

Eli 2023-01-27 17:25:58

İnandırım sizleri bunu belke de milliyyetce azerbaycanlı olub dunya malını dedesinden çıx isteyen İran xüsusi orqanlarının farsın tulası olan satımışların eli ile edibler.Ermeni bizi bizden qeşeng tanıyır meqsed de dünyaya göstermekdir ki baxın bunlar bele milletdir

Faiq 2023-01-27 16:07:36

Fars əslində islam dini pərdəsi arxasında gizlənmiş kafirdir, onların dini uydurulmuş, saxta, şeytanı bir dindir, təəsüflər olsun ki bunu hələ də görməyən, anlamayan cahil insanlarımız var. Farsın dini ermənin dinine daha yaxındır, ona görə heç bir muselman ölkəsi ilə yaxşı münasibətdə deyil, ancaq erməni və rusla mehriban münasibətdədir

Omar 2023-01-27 13:10:04

Elə olmasa yaxşıdır.Səfiri geri çağırıb,əlaqələri kəsmək lazimdır.Bu ən yaxşı şillə olar.

Son yazılar