Menu

Kameron Putinə xəbərdarlıq etdi -VİDEO

15.11.2014, 21:36
Kameron Putinə xəbərdarlıq etdi -VİDEO

Avtraliyada keçirilən "G-20"-in sammitində iştirak edən Böyük Britaniyanın baş naziri David Kemeron növbəti dəfə Rusiyaya xəbərdarlıq edib.

ANS TV-nin məlumatına görə, Kemeron deyib ki, Rusiya “Ukraynada qeyri-sabitlik yaratmağa” davam edərsə, ona qarşı əlavə sanksiyalar tətbiq ediləcək. Britaniyalı nazirin Vladimir Putinlə bağlı qapılar arxasında keçirilən təkbətək görüşdə də bu məsələlər müzakirə olunub.

“Vladimir Putinlə ünsiyyət yaratmaq və bu məsələni danışıqlar masasına daşımaq istəyirəm. Düşünürəm ki, Britaniya ilə Rusiya arasında, eləcə də Avropa ilə Rusiya arasında daha yaxşı münasibətlər olmalıdır”- deyə Kemeron bildirib.

Rusiya prezidentinin fransalı həmkarı Fransua Ollandla da təkbətək görüşü keçirilib.

Ümumiyyətlə sammitin ilk iş günü qeyri-rəsmi abu hava ilə müşahidə olunub. Avstraliyanın baş naziri Toni Ebbot sammit iştirakçılarına çağırış edərək deyib ki, müzakirələr iqtisadi islahatlar siyasəti üzərində qərarlaşsa daha məqsədəuyğun olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol