Suriyada partlayış nəticəsində 19 polis əməkdaşı yaralanıb

Suriyanın cənubundakı Deraa əyalətində bu gün baş verən partlayış nəticəsində hüquq-mühafizə orqanlarının 19 əməkdaşı yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, “Sham FM” radiostansiyası yaraqlılar tərəfindən magistral yolun yaxınlığında basdırılan partlayıcı qurğunun işə salındığı barədə məlumat yayıb.

Xəsarət alan bir neçə polis əməkdaşının vəziyyəti ağırdır və onlar xəstəxanaya çatdırılıb. Hadisənin başqa təfərrüatları açıqlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar