Ukraynada deputat casusluq etdiyi üçün saxlanılıb - FOTO

Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı saxlanılıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan deputat müxalif "Müxalifət Platforması – Həyat Üçün" (OPZJ) Partiyasındandır və adı açıqlanmır.

Onun Rusiya Baş Kəşfiyyat İdarəsinə casusluq etdiyi aşkar olunduğu bildirilir. Məlumata görə, deputat strateji məlumatları Rusiya kəşfiyyatına ötürürmüş. Deputatın adı istintaq sirri səbəbindən açıqlanmır.

Qeyd edək ki müharibə müddətində Ukraynanın seçkili və inzibati orqanlarında bir sıra vəzifəli şəxslər casusluq və xəyanət səbəbi ilə saxlanılıb.

OPZJ partiyasının fəaliyyəti Ukraynada qadağan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar