XİN rəhbəri Azərbaycan qazının Macarıstana nəqlindən danışıb

"Azərbaycan qazının Macarıstana nəqlini təmin edəcəyik".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Macarıstan arasında əlaqələr stareteji müttəfiqlik səviyyəsinə yüksəlir: "Müvafiq sənəd üzərində işlər gedir. Müttəfiqliyimiz xüsusilə iqtisadi və təhlükəsizlik sahələrini əhatə edir”.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir: "Azərbaycan qazının Macarıstan və digər ölkələrə nəqlini təmin edəcəyik. Bu istiqamətdə Azərbaycanla da təmaslar davam edir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar