Menu

Metro və marşrut avtobuslarında gediş haqqı artırıldı - CƏDVƏL

31.01.2023, 16:05
Metro və marşrut avtobuslarında gediş haqqı artırıldı - CƏDVƏL

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilmişdir.

Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minmişdir.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülmüşdür.

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).


Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir.

İclasda həmçinin, sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanmışdır.

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Qərar Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir.

Şərhlər

İsmayıl 2023-01-31 21:33:57

Camaat minməyə də metroya avtobusa,heç kəs işə çıxmaya məcbur olub qiymətləri artıralar

dadaşyev 2023-01-31 21:05:41

Tarif Şurası xalqın qanını şappaşap sorduğu üçün Ditdili Şurası adlanmalıdır.

Elgün 2023-01-31 19:50:44

Hamımız bu dünyada qonaqıq biz. Hər kəs axirətdə cavab verəcək. Axı bu xalqa niyə zülm edirdin? Sual cavab ediləndə. Heç bir bəhanəli cavabın 100- dərəcədən artıq isti olan qazanda minlərlə il yanmağıvın qarşısın almıyacaq.

Turan 2023-01-31 19:35:21

Gözəgörünməz partizanların növbəti əməliyyatı

t.ədalət 2023-01-31 18:41:16

Bir sərnişinin daşınma xərci 7 qəpikdir.Avtobusların sahibi də hakimiyyətdəkilərdir.Halal yolla elə bahalı avtobusu kim ala bilər ki?

Давуд 2023-01-31 17:42:42

Автобусларын гедишнаггы артыр бас онларын хидмат саввиййасна ким назарат едир hansi asaslarla rijmat artir saharatrafi agtobuslar pis vazijjatdadir sahardaxili jaxsidirsa giymatlar nija artmalidir jena ustu bazak alti tazaj

Qasım 2023-01-31 16:41:31

Erməni bilirsən ki düşməndir qorunursan. Ancaq bu düşmənlər ermənidən də qəddardırlar və bunlardan qoruna bilmirik.Bu düşmənlər bizdən əl çəkən deyillər,axırımıza çıxacaqlar

Vətəndaş 2023-01-31 16:32:06

Bunlar Bir neçə TRİLYON atıblar biz millətə. İndi də belə. Nəyin qisasını alırlar bunlar bizdən Allahım sən bizə köməy ol!

Niyaz 2023-01-31 16:27:30

Pensiya 4 manat artıbdır,ona görə də qiyətlər 100 faiz artmalıdır

Baba 2023-01-31 16:21:19

Talançı ..... bir fikirləri var bu milləti xalqı müxtəlif metodlarla tamamilə məhv etmək

Hafiz 2023-01-31 16:15:51

Bu qiyməti artıranlara şərəf ordeni nvermək lazımdır. Eyni zamanda Xalq qəhrəmanı adı da vermək lazımdlr

Mubariz 2023-01-31 16:12:30

Axır ki Azərbaycan zəhmətkeşləinin və şanlı ekoloqlarımızın çox saylı müraciyyətləri nəzərə alındı ,gözümüz aydın , qaldı qaz ,işıq və su ,

İşsiz gücsüz 2023-01-31 16:10:28

NEFT MİLYARDLARINI YIĞIBLAR ALTLARINA XALQIN KASIBÇILIDAN NECƏ ƏZAB ÇƏKMƏSİ HEÇ VECLƏRİNƏ DƏ DEYİL,QİYMƏT ARTIMI DA HƏR GÜN HƏR DƏQİQƏ. XALQA QARŞI GENOSİD SİYASƏTİ YEÜRİDİLİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol