Menu

“Azərbaycan və Macarıstan arasında razılaşma əldə olunması çox yaxşı haldır” - Çavuşoğlu

31.01.2023, 17:11
“Azərbaycan və Macarıstan arasında razılaşma əldə olunması çox yaxşı haldır” - Çavuşoğlu

“Azərbaycan Prezident İlham Əliyev dünən Budapeştdə idi. Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq razılaşması əldə olunması çox yaxşı haldır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib

O bildirib ki, Azərbaycan qazı Macarıstana nəql olunacaq:

“Biz bundan sonra da əməkdaşlığı davam etdirəcəyik”.

Qeyd edək ki, dünən Budapeştdə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol