Menu

Paşinyanla Putin arasında telefon danışığı olub

31.01.2023, 17:40
Paşinyanla Putin arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Laçın dəhlizi ətrafındakı vəziyyəti, üçtərəfli bəyanatları icrası ilə bağlı məsələləri, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini, Ermənistan və Rusiya arasında əməkdaşlığın gündəliyini əhatə edən məsələləri müzakirə ediblər.

Şərhlər

t.ədalət 2023-01-31 23:57:34

Qarabağ münaqişəsinin yaradıcısı Rusiyadır.Bu məsələnin,nə ermənistana,nə də Azərbaycana aidiyyəti yoxdur. Paşinyan bu məsələdə Putinə qarşı dirənib. İndi biz də dirənə bilsək bu məsələ öz=özünə həll olunacaqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol