“İran 2022-ci ilin sentyabrında baş vermiş döyüşlər zamanı Ermənistana böyük kömək etdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Al-Monitor”a müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“İran Ermənistan üçün mühüm tərəfdaşdır. İranla sərhəd bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim iki bağlı sərhədimiz var - Türkiyə və Azərbaycanla. Ona görə də İran və Gürcüstan bizim xarici dünyaya yeganə qapımızdır" - deyə, erməni nazir bildirib.
Kostanyan Ermənistanın təxribatı nəticəsində ötən ilin sentyabr ayında baş verən toqquşmalardan da danışıb. Etiraf edib ki, İran həmin vaxt da Ermənistana kömək edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Çox doğru və dürüst məlumatdır. Bizim hazırda Ermənistandan da irəli düşmənimiz İrandır. İran hər vəchlə bizi məğlub durumda və hətda tam olaraq məhvimizi istəyir, ancaq arzusu gözündə qalacaq, belə ki, 5-10 nəfəri, bizim millətdən maliyyələşdirib üstümüzə hürdürməklə, heç nəyə nail ola bilməyəcək, çünkü milyonların qəlbindən VƏTƏN, MİLLƏT sevgisini qopara bilməzsən, bu mümkün olan deyil və nəticə etibarı ilə özü məhv olacaqdır, bir dövlət kimi yeri tarixi mənbələrdə, arxivlərdə olacaqdır...