Menu

Abşeronda kişi siqaret çəkən zaman ölüb

02.02.2023, 09:53
Abşeronda kişi siqaret çəkən zaman ölüb

Abşeronda epilepsiya xəstəsi qəflətən ölüb.

APA xəbər verir ki, Ceyranbatan qəsəbəsində yaşayan, 1985-ci il təvəllüdlü Məmmədov Elçin Əlisəfa yaşadığı evin qarşısında siqaret çəkən zaman qəflətən halının pisləşməsi nəticəsində yıxılaraq ölüb.

Onun 2007-2008-ci illərdə hərbi xidmətdə olan zaman başından və bədən nahiyəsindən güllə yarası alaraq yaralandığı, epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol