Menu

Avropa İttifaqı Ukraynanın 30 min hərbçisinə təlim keçəcək

02.02.2023, 16:20
Avropa İttifaqı Ukraynanın 30 min hərbçisinə təlim keçəcək

Avropa İttifaqı (AI) Ukraynanın 30 min hərbçisinə təlim keçəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Jozep Borrel Ukraynanın paytaxtı Kiyevdə bildirib.

O, Ukraynanın Baş naziri Denis Şmıqala Ai-nin əlavə olaraq daha 15 min ukraynalıya hərbi təlim keçəcəyi xəbərini verməkdən məmnun olduğunu tviter səhifəsində qeyd edib: “Bununla da Avropa İttifaqının təlim keçəcəyi ukraynalı hərbçilərin sayı 30 minə çatacaq”.

Ali komissar ərazilərin minalardan təmizlənməsini dəstəkləmək üçün qurumun Ukraynaya 25 milyon avro verəcəyini vurğulayıb.

Qeyd edək ki, fevralın 3-də Kiyevdə Aİ-Ukrayna sammiti keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol