Menu

Tarif Şurasının səlahiyyətləri artırılıb

03.02.2023, 13:26
Tarif Şurasının səlahiyyətləri artırılıb

Tarif Şurasının səlahiyyətləri artırılıb.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Tarif şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

Tarif Şurası ödənişin məbləğini Nazirlər Kabinetinin müəyyən etdiyi metodologiya əsasında müəyyən edəcək.

Şərhlər

miri 2023-02-03 19:05:39

Səlahiyyəti azdır. Etiraz edənləri döymək səlahiyyətini də əlavə edin.

Almas 2023-02-03 16:47:03

Anti milli şura ləğv edilməlidir.Dünyada analoqu olmayan şura kimə və nəyə xidmət etdiyi olduqca şübhəlidir.

t.ədalət 2023-02-03 15:40:02

Bulvardakı ayaqyollarının da qiymətlərinin artırılmasına ehtiyac var.Taarif şurası bu barədə də qərar qəbul etsə pis olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol