Menu

BAKIDA OFİSƏ BASQIN EDƏNLƏR SAXLANILIB - Polis rəisinin qardaşıdır... (YENİLƏNDİ)

03.02.2023, 16:45
BAKIDA OFİSƏ BASQIN EDƏNLƏR SAXLANILIB - Polis rəisinin qardaşıdır... (YENİLƏNDİ)

Bakıda ofisə basqın edilib. “Trend”in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşlarının gördükləri tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə - müəyyən olunaraq saxlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

APA-nın məlumatına görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.

Şərhlər

Rasim Quliyev 2023-02-04 09:40:25

Qardash DIN hamsi tasdadir.Gune serjant 5 ickili getirmelidir.Getirmese pulunu oz cibonden vermelidir.Cenab prezident pensiya artiranda qarabagda qan tokulub gelene 45 manat amma polis ,prokuror,hakime 100 % emek haqqisi qeder.Akif Covdarovun emlaki qaytarsiblar deye

Vahid 2023-02-04 01:15:33

Qanunlarımızı en çox polis pozur.

Eli 2023-02-03 23:59:45

Poıis düz edir,bes Hacı Memmedov ve onu «Kişi” kimi destekleyib sonra kişi kimi aradan çıxanları yaddan çuxartmaqmı olar?Axı onların da millet ve dövlet qarşısında “ xidmetleri olub.Xalqın qarşısında etiraf etmeseler de çünki Zaman omlara qiymet vercek .Yene de Sebr.

ORXAN 2023-02-03 16:58:59

Banditlərin əksəriyyəti elə DİN-də cəmləşib.

t.ədalət 2023-02-03 15:38:08

DİN sayıqlığını itirib.Cəzasızlıq isə yeni-yeni cinayətlərin törədilməsinə meydan verib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol