Şadlıq saraylarında qiymətlər bahalaşdı - SƏBƏB + VİDEO

Şadlıq sarayları menyuların qiymətini artırıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox bahalaşıb.

"Xezerxeber.az" xəbər verir ki, bunu elə restoran inzibatçıları da təsdiqləyir.

Məlumata görə, hazırda 40 manata kimi menyularda qiymətlər 30 faizə qədər artıb. İnzibatçıların sözlərinə görə, artımların səbəbi şadlıq evlərindəki gəlirlə xərcin tərs mütənasib olmasıdır.

Bununla yanaşı, dəyəri 40-80 manat olan menyuların qiyməti də 20 faizdən çox yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17 faiz civarında artım qeydə alınıb.

Qeyd edək ki, qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.

Daha ətraflı videomaterialda:


635x100

Şərhlər

Adam 2023-02-04 20:37:15

boykot-boykot-heç nə almamalı, şadlıq saraylarına -restoranlara getməyin -maşın almayın-işə piyada gedin-çörək duz və qənddən başqa heç nə alma ay millət-qoy o qədrinə qaldırsınlar ki görək kim alacaq--heç uşaqlarıda oxutmayın--

Turan 2023-02-04 00:18:09

Şadlıq evlərini boykot edilsə bir müddətdən sonra qiymətlər 50% düşər

Son yazılar