Menu

"İran əngəl yaradır, amma bilirik ki, Zəngəzur dəhlizi açılacaq" - Türkiyəli deputat

04.02.2023, 17:19
"İran əngəl yaradır, amma bilirik ki, Zəngəzur dəhlizi açılacaq" - Türkiyəli deputat

"İran buna əngəl yaradır, amma biz bilirik ki, Zəngəzur dəhlizi də açılacaq".

"Report " xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Ş.Ayrım bildirib ki, beynəlxalq hüquq da Azerbaycandan yanadır:

"Biz kinli millət deyilik. Amma 30 illik qaçqınlıq, köçkünlük həyatının cavabı verilməlidir. Düzdür, İran buna əngəl yaradır, amma biz bilirik ki, Zəngəzur dəhlizi də açılacaq və biz avtomobillə Azərbaycana gələcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol