Menu

"Ukrayna Müdafiə Nazirliyində audit aparılır" - Reznikov

05.02.2023, 22:15
"Ukrayna Müdafiə Nazirliyində audit aparılır" - Reznikov

"Ukrayna Müdafiə Nazirliyi dövlət satınalmaları departamentinin daxili auditini həyata keçirir".

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

"Biz bütün satınalma sistemlərini yoxlayan daxili auditə başladıq. O, hələ də işləyir. Düşünürəm ki, bir həftə ərzində bütün prosedurlar tamamlanmalıdır", - Reznikov vurğulayıb.

O əlavə edib ki, Ukrayna Müdafiə Nazirliyinin təşəbbüsü ilə paralel olaraq Hesablama Palatası idarənin dövlət auditinə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol