Menu

"Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır" - KİV

06.02.2023, 00:40
"Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır" - KİV

Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa şəhərində İranın “Şahid-136” kamikadze dronlarının istehsalı üçün zavod tikmək imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, yanvarın 5-də İran nümayəndə heyəti Tatarıstana səfər edib və orada nəzərdə tutulan tikinti üçün boş sahəyə baxış keçirib.

Bildirilib ki, hazırda Moskva və Tehran daha da sürətlə uça biləcək “Şahid-136” kamikadze dronlarının təkmilləşdirilmiş modelini hazırlayırlar. Tərəflər Tatarıstandakı zavodda ildə azı 6 min dron istehsal etməyi planlaşdırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol