Bugün səhər saatlarında Türkiyədə baş verən zəlzələnin ardından bölgədə çoxlu sayda afterşoklar (əsas təkandan sonra baş verən daha kiçik təkrar seysmik təkanlar) qeydə alınıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Şanlıurfa əyalətində baş verən afterşok nəticəsində iki yaşayış binası yerlə-yeksan olub. Paylaşılan kadrlarda insanların son anda dağıntılar altda qalmaqdan xilas olduqları görünür.
Zəlzələnin ardından bölgədə 100-dən artıq afterşokun qeydə alındığı bildirilir.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Dünya Sənindi ALLAHIM bizi bağışla. Aləmlərin Sahibi Sənsən Ya RƏBBIM. Bizləri əhv eylə rəhm eylə . Amin InsAllah