İRAN: MƏHƏMMƏDİN DİNİNİ DƏ, ŞAH İSMAYILIN MƏZHƏBİNİ DƏ... - Azərbaycan mərkəzli dini inanc iyerarxiyası... olsun, olmasın?

Cavid İsmayıl,

Tarix üzrə fəlsəfə doktoru

Sovet məktəbliləri “Ələmdən nəşəyə” deyəndə gözləri önündə xalq şairi Süleyman Rüstəm canlanardı. Haqqında birmənalı fikir olmasa da, ərəb-fars sözlərindən arınmış qəzəlləri və Cənub həsrətli şeirləri onun Azərbaycan ədəbiyyatı tarixində əbədi qalmasını təmin edəcək. Təsadüfi deyil ki, Süleyman Rüstəmin “Təbrizim” şeirini Azərbaycanda az qala hər evdə, hər mənzildə əzbər bilirlər.

Amma şair haradan biləydi ki, Güney Azərbaycan həsrətli şeirlər yazıldıqdan 30-35 il sonra İranda İslam inqilabı baş verəcək, Quzey Azərbaycan isə müstəqilliyini bərpa etdikdən sonra Güneydən sözün birbaşa mənasında ələm və nəşə axınına məruz qalacaq?

Budur – dəyərli həmkarım, Azərbaycanın əməkdar jurnalisti Qabil Abbasoğlunun PressKlub.az saytında dərc olunmuş yazısı “Cənubdan gələn təhlükə – ələmdən nəşəyə qədər” adlanır. Acıdır, amma reallıqdır.

Məqaləni daha dəyərli edən isə başlıqdan savayı, həm də ictimaiyyətin diqqətini gözdən-könüldən uzaq düşmüş bir mövzuya cəlb etməsidir. 

“Azərbaycan şiəliyi İran şiəliyinin təsiri altından çıxarılmalıdır” yazan müəllif təklif edir ki, Azərbaycan mərkəzli dini inanc iyerarxiyasının yaradılması gündəmə gəlməlidir: “İnsanlarımız niyə Tehrandan tutmuş Quma, ordan da Kərbəlaya qədər müxtəlif yerlərin müctəhidlərinə təqlid etməlidirlər? Ümumiyyətlə, təqlid iyerarxiyası İslam dinində hansısa statusda varmı? Azərbaycan dini cameəsi və dövlət bu məsələdə, əlbəttə, inzibati üsullarla deyil, dini maarifləndirmə yolu ilə yerli sistemin yaradılmasını nəzərdən keçirməlidirlər. Vətəndaşlarımız, əlbəttə, din, hətta məzhəb seçimində azaddırlar və azad olmalıdırlar. Lakin Azərbaycan şiəliyi İran şiəliyinin təsiri altından çıxarılmalıdır. Eləcə də sünni məzhəbli insanlarımız ərəb dünyasının…”

Ukrayna təcrübəsi

Qabil Abbasoğlunun təklifi əslində havadan götürülməyib. Yaxın keçmişimizdə bununla bağlı Ukrayna təcrübəsinin şahidi olmuşuq. 15 dekabr 2018-ci ildə İstanbulda tarixi hadisə baş verib – Pravoslav xristianların ümumdünya patriarxı Varfolomey Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsi haqqında Tomos (fərman) imzalayıb. Bununla da 1686-cı ildən bəri davam edən Rus Pravoslav Kilsəsinə tabeçilik sona yetib və Ukrayna dini müstəqilliyini əldə edib, nəticədə Moskva Patriarxlığından asılı olmayan vahid və avtokefal (müstəqil) Ukrayna Pravoslav Kilsəsi təsis edilib.

Rusiya işğalından sonra Quzey Azərbaycanda dini təşkilatlanma

Çar Rusiyası XIX əsrin birinci rübündə Qafqazı, o cümlədən Quzey Azərbaycanı tam işğal etdikdən sonra ruhanilərin iştirakı, bəzən isə rəhbərliyi ilə baş verən üsyanlarla üzləşdi. Bu səbəbdən onlarla əməkdaşlıq yolunu seçərək, 1823-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsini və şeyxülislam vəzifəsini təsis etdi. Tiflis axundu Məhəmməd Əli Hüseynzadə Qafqazın şeyxülislamı təyin edildi. Həmin tarixdən etibarən Qafqazın bütün şeyxülislamları Azərbaycandan oldu.

İslamda məzhəb ayrı-seçkiliyini qabartmaq üçün 1832-ci ildə idarədə Qafqazın müftisi vəzifəsini təsis edildi. Çar II Aleksandrın 5 aprel 1872-ci il tarixli fərmanı ilə “Cənubi Qafqaz Şiə və Sünni Məzhəbləri Müsəlman Ruhani İdarələri haqqında” Əsasnamələr təsdiq olundu. Beləliklə, Cənubi Qafqazda müsəlmanların iki dini idarəsi – Şiə və Sünni Ruhani İdarələri təsis edildi. Bu əsasnamələr əsaslı dəyişiklikliyə uğramadan 1917-ci ilin fevralına kimi qüvvədə qaldı.

28 may 1918-ci ildə Tiflisdə Milli Şura Azərbaycanın istiqlalını elan edən zaman Cənubi Qafqaz Şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdi. Qafqazda müstəqil dövlətlərin yaradılması və bu dövlətlər arasında mövcud münasibətlər region müsəlmanlarının vahid dini idarədə birləşməsini demək olar ki, mümkünsüz edirdi. Ona görə də Azərbaycan hökuməti Cənubi Qafqaz ruhani idarələrinin Azərbaycana, Gəncə şəhərinə köçürülməsini məqsədəuyğun saydı. Məhz Gəncədə şiələrlə sünnilərin vahid dini idarəsinin yaradılması məsələsi gündəliyə çıxarıldı.

Maraqlıdır ki, vahid dini idarənin yaradılması ideyasını ilk olaraq ruhani rəhbərlər irəli sürdülər və sonra da bunu həyata keçirdilər. Bu onu göstərirdi ki, vaxtilə çarizmin məzhəb ayrılıqlarından istifadə edərək, Azərbaycan dindarları arasında ədavət yaratmaq niyyətləri artıq baş tutmamışdı. Ruhanilər idarənin “Məşixət” adı altında yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. Şeyxülislam və müftinin 1 sentyabr 1918-ci il tarixli birgə qərarı ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. Bakının azad edilməsindən sonra isə “Məşixət” paytaxt Bakıya köçürüldü. 1920-ci ilin martında hökumət “Məşixət” sədrlərinə nazir köməkçiləri ilə eyni status verilməsi barədə sərəncam verdi. Çar Rusiyası dövründən fərqli olaraq, Azərbaycan Cümhuriyyəti parlamentinin qəbul etdiyi yeni qanunlara görə, ruhani vəzifələrə təyin etmə birbaşa ruhani idarəsinin səlahiyyətinə verilmişdi. Bu dövrdə idarə bir təsisat olaraq gücləndi və fəaliyyət dairəsi genişləndi.

Cümhuriyyət dövründə ölkəmizin ilk şeyxülislamı dövrünün nüfuzlu din xadimi Axund Ağa Əlizadə (1871-1954) oldu.

Sovet işğalından sonra bolşevik-kommunist hakimiyyətinin dinə münasibəti fonunda dini təsisatların, o cümlədən “Məşixət”in fəaliyyəti dayandırıldı. Bir çox din xadimləri, alim və müctəhidlər sürgün edildi, bəziləri isə repressiyalara məruz qaldı. Məscidlər anbar və müəssisələrə çevrildi, müqəddəs kitablar yandırıldı, dini hər vəchlə unutdurmaq, insanları dini köklərindən ayrı salmaq yönündə ciddi səylər göstərildi.

Kremlin bu sərt siyasəti II Dünya müharibəsi illərinədək davam etdi. 1940-cı illərdə mövcud dini vəziyyətə nəzarəti effektiv həyata keçirmək, eləcə də ağır müharibə illərində dindar əhali arasında rəğbət hissi qazanmaq üçün hökumətin din siyasətində müəyyən islahatlar aparıldı. Həmin dövrdə dini idarələrin formalaşdırılması labüd hesab edildi.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov və əslən azərbaycanlı olan İran alimi Adil Mövlayinin müəllifi olduqları “Şeyxülislamlığın tarixi” (Bakı, 2016) kitabında bunun səbəbi belə izah edilir ki, alman ordusuna qarşı vuruşmaq, xalqda yüksək vətənpərvərlik ruhu yaratmaq üçün düşmənlərə cihad elan edə bilən din xadimləri lazım idi (s. 194).

Tarix elmləri doktoru, professor Cəmil Həsənli isə “Günеy Azərbaycan: Tеhran-Bakı-Moskva arasında (1939-1945)” əsərində daha maraqlı səbəb açıqlayaraq, bu addımın 1941-ci ilin avqustundan Güney Azərbaycanda olan sovet qoşunlarına yerli əhalinin etibarını artırmaq məqsədilə atıldığını bildirir: Günеy Azərbaycan üçün hazırlanmış iş planında göstərilirdi ki, “azərbaycanlı əhalini özümüzə daha artıq yaxınlaşdırmaq üçün ilk növbədə dinə və din xadimlərinə diqqət yеtirmək lazımdır. Ona görə yox ki, onlar sovеt hökumətinin dayağı olacaqlar, ona görə ki, biz ruhanilər vasitəsilə daha çox iş görə bilərik” (s. 104-105).

Ümumilikdə 1943-1944-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarları ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradıldı:

  1. SSRİ-nin Avropa hissəsi və Sibir Müsəlmanlarının Ruhani İdarəsi (Ufa şəhərində);
  2. Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (Daşkənd şəhərində);
  3. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (Bakı şəhərində);
  4. Şimali Qafqaz və Dağıstan Müsəlmanları Ruhani İdarəsi (Mahaçqala şəhərində).

Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 nömrəli qərarı ilə təşkil edildi. 1944-cü il mayın 25-28-də Zaqafqaziya Müsəlmanlarının I Qurultayı oldu. Qurultay Cümhuriyyət dövründə şeyxülislam olmuş və 24 ildir ki, ev dustağı edilən Axund Ağa Əlizadəni Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, hər iki müsəlman dini cərəyanlarına mənsub olan dini təsisatlara, məscidlərə, din xadimlərinə dini rəhbərlik vahid idarə tərəfindən birgə həyata keçirildi. Zaqafqaziyada yaşayan müsəlmanların şiə və sünni məzhəblərinə mənsub dindarların miqdar nisbəti nəzərə alınaraq, bu təşkilatın idarə heyətinin 7 üzvündən 4-ü şiə, 3-ü isə sünni məzhəbinin nümayəndələri seçildi. İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiələrin nümayəndəsi tutdu və ona şeyxülislam rütbəsi verildi. Sünnilərin nümayəndəsi isə idarə sədrinin müavini vəzifəsini tutaraq, müfti rütbəsi aldı.

“Şeyxülislamlığın tarixi” kitabında Ağa Əlizadənin hansı şərtlə yenidən şeyxülislam olmağa razılaşmasının səbəbi belə izah olunur: “Aparılan danışıqlarda onun şərtləri bundan ibarət idi ki, dindarlar sovet hakimiyyət sisteminin əleyhinə olmayacaqları təqdirdə, onlara sırf dini işlərlə məşğul olmağa, mərasimlər keçirməyə icazə verilsin, təqiblərə və cəzalara son qoyulsun. Bu şərt dinə azadlıq gətirməsə də, dağıdılmış məscid və mədrəsələri bərpa etməsə də, repressiyalara son qoyduğu üçün Axund Əlizadəni təmin edirdi. Bu şərtlər həm də əhalinin İslam dinindən tamamilə uzaqlaşma prosesinin qarşısını almaq, onlara dini qaydaları öyrənmək imkanları yaratmaq şəraitini bərpa edir, dəfn mərasimləri keçirmək, hüzr məclisləri təşkil etməyi mümkün edirdi”.

Bununla belə, sovet hökuməti Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə bina ayırmağı heç lazım da bilmədi. Məcburiyyət qarşısında qalan Axund Ağa Əlizadə üçmərtəbəli evinin birinci və ikinci mərtəbələrini müsadirədən azad etdirərək, ruhani idarəsinə çevirdi. Müharibənin sonuna qədər faşist Almaniyasını və Hitleri lənətlədi, əhalini müharibəyə sürükləyənlərə Allahdan ölüm arzuladı (s. 194-196).

1954-1968-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə Axund Mirmöhsün Həkimzadə (1882-1967), 1968-1978-cin illərdə Axund Əliağa Süleymanzadə (1885-1978), 1978-1979-cu illərdə isə Axund Mirqəzənfər İbrahimov (1909-1979) rəhbərlik etdilər. Sonuncu bu idarənin rəhbərləri arasında ali dini təhsili olmayan yeganə şəxsdir. 1980-ci ildən isə Qafqaz müsəlmanlarının dini rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadədir.

İran İslamı və ya Xomeyni şiəliyi

Quzey Azərbaycandakı şiələr də öz dini kimliklərini tanıtmaq üçün “müsəlman”dan daha çox “Əli şiəsi” ifadəsindən istifadə edirlər. Şiəlik mövzusunda tədqiqatları ilə məşhurlaşmış İran alimi Əli Şəriəti şiələri iki qismə – Ələvi və Səfəvi şiələrinə bölürdü. Onun fikrincə, İrandakı şiə məzhəbi Səfəvilərdən çox pis bir miras kimi alınmışdı. Bu isə məntiqi olaraq o deməkdir ki, Ələvi şiəsi ilk dövr (ortodoksal) şiə təlimi olmaqla, gerçək İslam anlayışına daha yaxın idi, lakin sonralar Səfəvilər tərəfindən xalqı boyunduruq altında tutmaq üçün siyasi vasitə halına gətirilmişdi.

Əli Şəriəti kimi İran alimlərinin “Ələvi şiəsi” və “Səfəvi şiəsi” terminlərini ortaya atması təsadüfi olmayıb, əslində türk səfəvilərin şiəni gerçək yolundan çıxarması (seçdirmə bizimdir – müəl.) iddialarını gündəmə gətirmək məqsədi güdürdü. Halbuki bugünkü İranda şiə məzhəbinin dövlət dini halına gəlməsi, şiə ruhanilərin isə hakim sinfə çevrilməsi məhz Səfəvilərin xidmətidir.

Bununla belə, Səfəvilərin yanlışlıqlarını da dilə gətirməliyik. Bu yanlışlıqlardan biri Səfəvilər dövlətində zaman keçdikcə türk dilinin fars dili, türk əyanlarının fars əyanları tərəfindən sıxışdırılmasına imkan verilməsidirsə, digəri Şah İsmayıl Xətainin şiəliyi dövlət dini (məzhəbi) səviyyəsinə qaldırması ilə Azərbaycan türklərinin ortodoksal islamdan və türk dünyasından uzaq salınmasıdır. Təbii, biz dövrün ictimai-siyasi şərtlərini, qızılbaşların (Səfəvilərin) dövlət qurmaq üçün hansısa bir səbəbə (orta əsrlərdə bu, yalnız dini səbəb ola bilərdi) ehtiyacı olduğunu nəzərdən qaçırmırıq. Eyni zamanda, türk dilini dövlət dili elan edən Şah İsmayılın öz poeziyası ilə bu dilin inkişafına verdiyi töhfələri də unutmuruq. Şərqi Anadoludakı türk tayfalarının Səfəvilərə meyl etməsinin əsas səbəblərindən biri də, Osmanlı sarayından fərqli olaraq, Səfəvi sarayında onların da, bizim də ana dilimiz olan türk dilinin dövlət dili olması idi. Təsadüfi deyil ki, Sultan Səlim Yavuzun fars dilində göndərdiyi məktublara Şah İsmayıl türk dilində cavab verirdi.

Lakin bütün bunlar əcdadlarımızın səhvlərini dilə gətirməmək anlamına gəlməz. Bu səhvlərdən nəticə çıxarmaq üçün onları etiraf etməyimiz mütləqdir. Bu gün şimallı-cənublu Azərbaycanın dini baxımdan türk dünyasının ortasında – Türkiyə ilə Türküstan arasında dəmir pərdəyə, bufer zonaya çevrilməsi məhz Xətainin səhvinin nəticəsidir. 

Xatırlayırsınızsa, 1990-cı ildə Bakıda baş verən qanlı 20 Yanvar faciəsindən sonra Azərbaycana dəstək nümayiş etdirən Anadolu türkləri Türkiyə prezidenti Turqut Özalın “şiə olduqlarına görə azərbaycanlıları İran müdafiə etməlidir, biz yox” reaksiyası ilə qarşılaşmışdılar. Yalnız Türkiyə ictimaiyyətinin sərt etirazından sonra Turqut Özal yanlış fikirlərinə görə üzr istəmiş və qalan ömrünü sanki bu səhvini aradan qaldırmaq üçün türk dünyasının birliyi ideyasının gerçəkləşməsinə sərf etmişdi.

Təəssüf ki, Əli Şəriəti 1977-ci ildə dünyasını dəyişdi və 1979-cu ilin fevralında İranda baş verən İslam inqilabını görə bilmədi. Görsəydi, şübhəsiz ki, bölgüsünə düzəliş edər və yeni bir şiə qrupu əlavə edərdi – Xomeyni şiəsi.

İslam inqilabından sonra Xomeyni İranda vilayət adlı yeni siyasi sistem qurdu. Vilayəti-fəqih institutu da adını imamətin (Həzrəti Əli və onun 11 övladının hakimiyyəti) davamı kimi icad olunan vilayətdən götürür. Kriminal aləmin jarqonu ilə desək, bu sistemin mahiyyəti ondan ibarətdir ki, 12-ci imam Mehdi Sahib əz-Zaman zühur edənə qədər dünyanın “polojeniyasına” vilayəti-fəqih baxacaq. Nə İran islam inqilabına qədər, nə də ondan sonra dünyanın heç bir ölkəsində bu cür siyasi sistemə rast gəlinməyib.

Rəsmən ali rəhbər və inqilab lideri sayılsa da, vilayəti-fəqih İranda qeyri-məhdud siyasi hakimiyyətə malikdir. Hətta İran Konstitusiyası ona prezidenti hakimiyyətdən uzaqlaşdırmaq səlahiyyəti də verir. Yəni vilayəti-fəqih faktiki olaraq siyasi postdur, dövlətin sahibi və yiyəsidir. Üstəlik, özünü müqəddəs də elan etdirə bilib.

Xomeynidən sonra İranda bu postu Mirzə Fətəli Axundovla eyni qəsəbədə doğulan Seyid Əli Xamneyi tutur. O, milli mənsubiyyət etibarilə Güney Azərbaycan türkü olsa da, fars millətçiliyi qarşısındakı xidmətləri gürcü Stalinin rus-sovet imperiyasının qorunmasındakı xidmətləri ilə eyniləşdirilə bilər.

Ali dini rəhbərə sitayiş, dindən tiryək kimi istifadə olunaraq şiələri cəhalət içində saxlamaq, təqlid məfhumunun psixoloji təzyiq vasitəsi kimi istifadə olunması, terrorun dövlət siyasətinə çevrilməsi, qeyri-farslara ana dilində təhsil almağa icazə verilməməsi, buna etiraz edənlərin repressiya olunaraq dar ağacından asılması və ya illərlə məhbəsdə çürüdülməsi İran islamının və ya Xomeyni şiəliyinin əsas xarakterik cəhətlərindəndir. Təəccüb və eyni zamanda nifrət doğuran daha bir məqam ondan ibarətdir ki, bu gün dünyada cinsindən asılı olmayaraq, məhbusların ən çox işgəncə gördüyü və zorlandığı ölkələrin başında İran gəlir. İrandakı molla rejimi sanki Həzrəti Məhəmmədin islamını da, Şah İsmayılın məzhəbini də gözdən salmağa and içib.

Yeri gəlmişkən, bəs təqlid nədir?

Təqlid – lüğəti mənada nəyisə boynundan asmaq deməkdir. Ərəb dilində boyunbağıya “qiladə” deyirlər. Dini anlamda isə təqlid – şəriət hökmlərində savadlı və geniş dünyagörüşlü bir alimin (müctəhidin) fətvalarına (dini göstərişlərinə) əməl etməyə deyilir. Təqlidçilərin əsas tezisi “hansısa müctəhidə təqlid etməyən şəxsin namaz və orucu qəbul deyil” olub. Məhz bu qorxu hesabına Xomeyni şiəliyi təkcə İranda yox, Quzey Azərbaycanda da özünə xeyli tərəfdar toplaya bilib.

Azərbaycan mərkəzli dini inanc iyerarxiyası: olsun, olmasın?

1917-ci ildə Rusiyada baş verən fevral inqilabından sonra ortaya çıxan Azərbaycan muxtariyyəti ideyasına və 1918-ci ilin 28 mayında tarixdə Azərbaycan adlı ilk dövlətin yaradılmasına İranın münasibətini (yeri gəlmişkən, bu mövzu ilə maraqlananlar tarix elmləri dokoru, professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabını oxuya bilər) bir kənara qoysaq, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra da İranın Quzey Azərbaycana münasibəti, yumşaq desək, xoş olmayıb.

Qabil Abbasoğlu sözügedən yazısında bu xüsusda hər şeyi mübaliğəsiz-filansız təsvir edib: “Qarabağın işğal altında qaldığı illər ərzində o torpaqları işğalçı ölkənin ordusu ilə bərabər talan edən İran deyildimi? Ölkəmizdə casusluq fəaliyyəti dəfələrlə üzə çıxarılan, hətta siyasi partiya adı altında təşkilatlanan, ölkə rəhbərliyinin həyatına qarşı qəsd planları aşkarlanan kimlər idi? KİV və vətəndaş cəmiyyəti sferasında özünə möhkəm dayaqlar yaradan, işğalçı dövləti ən ali tribunalar bir yana, lap gözümüzün qabağındaca müdafiə edən, məscidlərimizdə donuz saxlayan işğalçıların paytaxtında məscid təmir edən hansı dövlət olub? Xankəndidəki separatçı və cinayətkar rejimə nəfəs verən kim idi?

Saf dini inanc sahiblərini islamın mahiyyətindən çox-çox uzaq olan “ələm oynatmaq” kimi cəhalət tamaşasına yığmaqdan tutmuş, ölkəmizə narkotik qaçaqmalçılığına şərait yaratmaqla genofondumuza qarşı qəsdə durmağa qədər hər cür əməl çıxdı bu “İslam dövləti”nin başının altından… “İslam inqilabı ideyası” adı altında ələmdən nəşəyə qədər hər şey ixrac etdilər, təki məqsədə çatılsın”.

Müəllifin Azərbaycan mərkəzli dini inanc iyerarxiyasının yaradılması təklifinə gəlincə, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə ölümlə nəticələnən silahlı hücumdan sonra bu təklifin gündəmə gətirilməsi gözlənilən idi və alqışlanmalıdır. Son illər dövlətimizin din siyasəti çərçivəsində xarici ölkələrdə, xüsusən İran və ərəb ölkələrində təhsil alan vətəndaşlarımızın dini fəaliyyətdən uzaqlaşdırılması da təqdirəlayiq addımdır.

Yuxarıda Qafqaz Müsəlmanları İdarəsinin tarixinə qısa ekskurs göstərdi ki, əslində bizim dini idarə İran mərkəzli deyil, məhz Azərbaycan mərkəzlidir – amma sözdə. Problem ondadır ki, Hacı Allahşükür Paşazadənin 43 illik şeyxülislamlığı dövründə Azərbaycanın dini sferasına İranın müdaxiləsi kulminasiya həddinə çatdı. Bir zamanlar xalq hərəkatının önündə gedən, 20 Yanvar şəhidlərinin dəfni prosesinə rəhbərlik edən, SSRİ-nin sonuncu rəhbəri Qorbaçovun üstünə kükrəyən şeyximiz sonradan özünü İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsi kimi aparmağa başladı.

Hətta Vətən müharibəsində Azərbaycanın qəhrəman oğullarının qanı, eləcə də Türkiyə və İsrail dronlarının hesabına qazanılan tarixi qələbəni də 21 iyul 2021-ci ildə Qurban bayramı namazında aparıb Xameneyiyə caladı: “Ayətullah Xameneyinin “Qarabağ İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Bilməyənlərin nəzərinə çatdıraq ki, Xamneyinin “Qarabağ torpağı İslam torpağıdır” fikri Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə ortaya çıxmayıb. İnanmırsınızsa, Google-da “Qarabağ İslam torpağıdır” yazıb axtarış verin, görəcəksiniz ki, ən azı 2019-cu ilə aid materiallar qarşınıza çıxır. Şəxsən mən 2010-cu ildə Tehranda keçirilən 10 günlük Media Sərgisində iştirak edərkən İran paytaxtının müxtəlif yerlərində “Qarabağ xake-Eslam əst” şüarına rast gəlmişəm. Yəni bu fətvanın (əgər fətvadırsa) məhz müharibə dövründə verildiyini iddia etmək ictimai fikri çaşdırmaq idi. Hələ onu demirik ki, 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana göndərilən hərbi texnikanı xristian Gürcüstan öz ərazisindən buraxmasa da, müsəlman İran buraxdı. Bununla bağlı sosial şəbəkələrdə yayılan onlarla videonu da unutmamışıq.

Son iki ildə İran Azərbaycana qarşı o qədər açıq aqressiya, Ermənistana qarşı o qədər dostyana münasibət nümayiş etdirib ki, artıq Şeyxülislam da bayram namazındakı tipli bəyanatlar səsləndirə bilmir, əksinə, rəsmi Tehranın anti-Azərbaycan fəaliyyətini qınamalı olur. Şeyxi bu əzabdan xilas etmək lazımdır. Dövlətimiz dini sferada həyata keçirdiyi islahatları maarifləndirmə yolu ilə sürətləndirməli, sözdə Azərbaycan mərkəzli Qafqaz Müsəlmanları İdarəsini əməldə Azərbaycan mərkəzli dini inanc iyerarxiyasına çevirməlidir.

Xomeyni şiəliyindən qurtulmalıyıq. Belə İslam yoxdur, olmayıb, olmur! Nə Həzrəti Məhəmməd belə din qoyub getmişdi, nə də Şah İsmayıl Xətai belə məzhəb…

Şərhlər

Şahin 2023-02-22 08:35:53

1990 cı ildə rabitəçilərlə Z.Bünyatovun görüşündə mən də iştirak etmişəm .Həqiqətən də mərhum akademik Şah İsmayılın türk birliyinə etdiyi xəyanətləri dəqiq təhlillərlə izah edirdi.

Şahin 2023-02-16 16:56:26

Cox dərin təhlildir.Düşünməyə və qərar qəbul etməyə dəyər

Mushayetci. 2023-02-10 11:38:51

Bir olkeni mohkemlendirmek ucun dine yox, dil ve medeniyyete ustunluk vermek lazimdir, xalqlari vahid eden budur. Shah Ismayil haqqinda telesmek lazim deyil,derin arashdirma lazimdir. Ne ise, heqiqi alimlerimiz cox passiv hereket edirler, Ismayilin Sultan Selimle yazishmalarina fikir verseniz, gorersiniz ki. Ismayil ondan daha guclu Turkdur.

TARIX 2023-02-10 10:54:07

ƏGƏR ÖZÜNÜ İSLAM DÖVLƏTİ ADLANDIRAN İRAN MƏSCİDLƏRİMİZİ DAĞƏDANA,DİNDAŞINA,İSLAMİ DƏYƏRLƏRƏ XƏYANƏT EDİRSƏ O NECƏ İSLAM DÖVLƏTİ OLUR?.

N.Seyfeli. 2023-02-09 02:07:28

Bu meselede rus amili irandanda gucludur,Enhu qardashimiz duzgun eyham vurur, buna sherait dushunulmush halda yaradilib, zaman geler sandiq kitablar uze cixar...!

Inqlab 2023-02-08 08:46:16

Beš yuz ilden sonra Sah Ismayili gunahlandirmaq asandir...onun qeder selimin..sultan sulikin de gunahin qeyd etmek olar..qaldi teqlide šeyx.cox passivdir..evezlenmelidir..papa deyil ki omurluk olsun..kend dini icmalari arašdirilmalidir..rehberler irandan maliyyelesi..uzvlerin coxu savadsiz..kutbeyin genclerdir..

Nazim 2023-02-07 18:54:12

Sizinlə həmfikirəm

Elmira 2023-02-07 17:58:31

Şüküt sənə, ay Allah! Nə ağıllı alimlərimiz var! Hamsını düzdeyirlər. İnna kullü müslimin ixva! Nə şiə! Nə sünnü! Bütün müsəlmanlar qardaşdırlar! Farslardan başqa.

TARIX 2023-02-07 10:28:17

Z.BÜNYADOV RABİTƏCİLƏRLƏ 1990-Cİ İLDƏ GÖRÜŞDƏ ŞAH İSMAİIL HAQDA SUALA CAVABINDA DEDİ Kİ,ŞAH İSMAİILIN MÜSƏLMAN DÜNYASINA,TÜRK BİRLİYİNƏ VURDUĞU ZƏRƏRƏRİ TARİX BOYU KİMSƏ ETMƏYİB.

Türk Turan 2023-02-07 09:52:11

Mükəmməl!!!

ƏNHU 2023-02-07 02:49:49

Əvvəla bu aktual mövzulu elmi monoqrafiyaya görə Sizə və Azpolitika saytına dərin təşəkkürümü bildirirəm. Ardınca nəfəs belə dərmədən millətimizin dini əqidəsini ikiyə böldüyünə görə Şah İsmayıla dünya durduqca xoş münasibət olmayacaq.....Onun ana tərəfdən xaçpərəst olduğu bildirilir... Şah İsmayıl bilərəkdən və ya bilməyərəkdən İslam dininə və türk birliyinə qənim kəsildi, İslam dinini xristian inanc və atributları ilə doldurdu, məzhəb deyil, sintetik bir din yaratdı, türkü türkdən ayırdı, bununla da Turan coğrafiyasının ürəyinə və kürəyinə xəncər candı.. ... sonda Sultan Səlimin zopası altında canını tapşırdı...Baxln, 500 ildir ölüb, bəlasını biz çəkirik. Kimlər nələr qoydu getdi, bu nə qoydu getdi. Mirasın yox olsun İsmayıl. O ki, qaldı, rus çarı II Aleksandrın istəyi əsasında formalaşmış şeyxülislam tituluna və onun Azərbaycandakı bugünki idarəsinə məndən olsa dərhal ləğv edilməlidir. Öz Paşazadəsi ilə birlikdə. Baxmayaraq ki, bəziləri şeyx haqqında hələ də hərarətli sözlər söyləyir. Mənsə tam əksini düşünürəm. Heç vaxt Paşazadənin səmimiyyətinə inanmadım, indi də inanmıram və gələcəkdə də inanmayacağam. Əgər biz onun ürəyini kardioqramma etsək görərik ki, nəinki təkcə Xameneyi, hətta Xomeyni, Qasim Süleymani də oradadır. Məhz, onun şeyxülislamlığı dovründə fars şiəliyi, cəfəri cahilliyi, mitilik zehniyyəti Azərbaycana daşındı. Məhz, onun idarəçılıyi dövründə şeyxülislamlığın ənənəvi qaydaları pozuldu. Müftilik sıxışdırıldı. İran üçün münbit şərait yaradıldı. Məhz, buna görə İran ölkəmizdə ”şpiyon” şəbəkəsi qurdu. Çünki rəsmi dini dairədə dur deyən alternativ tərəf yox edilmişdi və bu gün də yox kimidir. Nəyi nəzərdə tutduğumu bilməmiş deyilsiniz. Mövzu həssas mövzudur deyə mən də məsələyə həssas yanaşıram. Amma ƏDALƏT ÇİRKİN ŞƏKİLDƏ POZULUBDUR DEYİRƏM. VƏ BƏRPA EDİLMƏLİDİR DEYİRƏM. Hörmətli doktor, bu mövzuya dair fikirlərinizi də Azpolitikaya təqdim etsəniz çox məmnun olurduq.

müsəlman 2023-02-07 00:14:19

Yazının bu qismi ilə razı deyiləmki, güya Şeyx həzrətləri özünü Xamneyinin nümayəndəsi kimi aparır. Özünü Xamneyinin nümayəndəsi İran əleyhinə elə kəskin və sərt bəyənatlar verı bilməzdi, necəki İran meyilli din xadimlərinin heç biri, o cümlədən ojaqnecadın tələbəsi şahin iranın bu qədər elədiklərinə rəğmən indiyənədək iranı, onun rəhbərlərini qınayan bircə kəlmə belə işlətməyib. Şeyxülislam irançı olsaydı, İran dövləti tərəfindən maliyyələşdirildiyi təsdiqini tapan İnteraz telekanalı Təzəpirdən canlı yayım verərdi, Məşədidadaş məscidindən yox..

dadaşyev 2023-02-07 00:14:09

Çox gözəl yazıdır.Ümumiyyətlə,İslam dünyasını bəşəriyyətin inkişafından geri salan bax bu fikir olub:“Hansısa müctəhidə təqlid etməyən şəxsin namaz və orucu qəbul deyil”.Qurani-Kərimin hansı ayəsində var belə bir şey?Kim bunu özündən çıxarıb?Qurani-Kərimdə ümumiyyətlə şiəlik,sünnilik,imamət filan deyə bir kəlmə belə yoxdur.7 imam,12 imam,qeyb olan imam,zühur edəcək imam.Qurani-Kərimdə hansı surədə var bunlar?Allahın müqəddəs Kitabına nə qədər yamaqlar vurmağa çalışırsınız?Allah o Kitabı hər bir insan üçün endirib ki,oxuyun adam olun,Yaradanınızı tanıyın.Heyvan olmayın,eşşək olmayın yəni,ey bəşəriyyət.Əlbəttə,elmi az olan insan biliklilərdən soruşmalıdır,məsəla,”Səndən qənimətləri soruşurlar” ayəsində söhbət hansı qənimətlərdən gedir.O da Bədr vuruşmasını anladacaq,müslimanların kafirlərdən aldıqları ilk qənimətləri səhabələr necə bölüşmək lazım olduğunu bilmirdilər deyə Rəsulillahdan soruşmuşdular.Allah da qəniməti necə bölmək lazım olduğunu ayrıntılarına qədər bildirir.Vəssalam.Daha ondan sonra kimisə niyə təqlid etməliyəm həyatım boyunca?Bəlkə o bu sualın cavabını doğru bildiyi halda digərlərini yanlış anlayır?Mən də onun yanlışlığıyla cəhənnəmə sürüklənməliyəm?Allah o dünyada deməyəcəkmi ay bədbəxt,sənə də beyin vermişdim də,sən öz düşüncənlə,öz məntiqinlə yanaşaydın.Çox bilmək istəyirdinsə sən də çox oxuyaydın.Axı Quran sözünün mənası “qərəə”,yəni “oxu” sözündəndir.İnsan beşikdən qəbirə qədər oxumalı deyilmi?Mən oxumayım,əziyyət çəkməyim,başqası oxusun,mən onu təqlid edim meymun kimi?Belə cəmiyyətə də əlbəttə ki,Xomeyni kimi,Xameneyi kimi,Həsən əs-Sabbah kimi qaniçənlər liderlik edər.Görüm Yaponiyada,Kanadada,Avstraliyada,İngiltərədə Xameneyi kimisi liderlik edə bilərmi?Niyə edəmməz?Çünki oralarda insanlar oxumaq-öyrənmək əziyyətindən qurtulmaq üçün kimlərisə təqlid etmək fikrindən uzaqdırlar,hər insan özünə nə lazımdırsa alır kitabı oxuyur öyrənir.Normal insan kimisə təqlid etməyi özünə sığışdırmaz.Ümumiyyətlə,təqlid meymunların işidir.Meymuna daş atarsan,o da sənə ağacdan banan qırıb atar.Saçını dartarsan,o da öz saçını dartar.Gülsən o da gülər.Qoltuğunu qaşıyarsan,o da qaşıyar.Niyə?Çünki düşünməz,şüuru yoxdur.Sənin isə şüurun var axı,ay bəni-adəm.Sən niyə meymun kimi kimlərisə təqlid eləməlisən?

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.