İsveçdə 4 dəfə “Qurani Kərim”i yandıran iraq əsilli Salvan Momika adlı şəxs canlı yayım əsnasında öldürülüb.
“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, o, Stokholmdakı mənzilində canlı yayın edən zaman evinə daxil olan bir şəxs tərəfindən güllələnib. Momikanın güllələnməsindən və canlı yayımı söndürdükdən sonra polisin hadisə yerinə gəldiyi anlar kameraya əks olunub. Polis sözçüsü Nadya Norton da təxribatçı Momikanın öldüyünü təsdiqləyib.
Polis sözçüsü Nadya Norton İraq əsilli 38 yaşlı Momikanın güllələndiyini təsdiqləsə də, Stokholm polisi hücum edənin kimliyi ilə bağlı şərh verə bilməyəcəklərini bildirib.
“AzPolitika.info”


Şərhlər
ŞƏrhimi vermirsiniz, əsas odur oxuyursunuz
Adam insanların gözünü açmaq istəyəndə təxribatçı olur? Bu necə tərəfsiz peşəkar jurnalist yanaşmasıdır?
Həm də bunun nə demək olduğunu bilirsiniz? İsveçdə yaşayan müsəlmalların hamısının iti qovan kimi qovulacaqları günün uzaqda olmadığının göstəricisidir. Müsəlman olmazdan qabaq insan olun, insanlığa dəyər verin, yaşadığımız evimizi-dünyamızı cəhənnəmə çevirməyin, ay müsəlmallar
Əlhəmdulillah