Menu

Saakaşvilidən aliment tələb olunur - Ukraynalı həyat yoldaşı iddia qaldırıb

26.10.2026, 16:52
Saakaşvilidən aliment tələb olunur - Ukraynalı həyat yoldaşı iddia qaldırıb

Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Yelizaveta Yasko Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə qarşı hüquqi mübarizəyə başlayıb.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Yelizaveta Yasko Mixeail Saakaşvilini məhkəməyə verib.

Deputat Saakaşvilinin gəlirinin üçdə birini aliment üçün ödəməsini və valideynlik hüquqlarından məhrum edilməsini tələb edir.

Saakaşvili Yasko ilə rəsmi nikahda olmasa da, onların bir qız övladı var. Yasko qızının dünyaya gəldiyini 1 iyun 2023-cü ildə elan edib. Onun 2022-ci ilin ortalarında doğulduğu ehtimal olunur. 2021 və 2022-ci illərdəki bəyannamələrində xanım millət vəkili Mixeil Saakaşvilini birlikdə yaşadığı şəxs kimi qeyd edib, baxmayaraq ki, onlar rəsmi olaraq evli deyildilər. Onların qızı Yasmin Mixeilovna sənədlərdə Saakaşvilinin övladı kimi qeyd olunub.

Saakaşvili 2021-ci ilin oktyabr ayından bəri Gürcüstanda həbsdədir. Məhz bu dövrdə onun ukraynalı parlamentari ilə münasibətləri geniş müzakirə mövzusuna çevrilib. 2024-cü ilin sentyabrında Yasko jurnalistlərə artıq Gürcüstana getmədiyini açıqlamışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol