Menu

"Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur" - Tramp

30.01.2025, 21:14
"Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur" - Tramp

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.

“Report” xəbər verir ki, bunu Tramp brifinqdə söyləyib.

“Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ evdə çıxışı zamanı bildirib.

Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib: “Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”.

Xatırladaq ki, əvvəl “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təcili yardım xidmətinin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol