Hazırda Azərnaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsi ilə bağlı danışıqlar davam edir.
Bu barədə "Report"a açıqlamasında bankın Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib.
"Hazırda biz layihə ilə bağlı iqtisadi təhlillərin nəticələrini gözləyirik. Bu nəticələrə baxıldıqdan sonra EBRD bu layihənin maliyyələşməsində iştirakı nəzərdən keçirə bilər", - deyə K.Mahmudova bildirib.


Şərhlər