Menu

Rusiya sülhməramlıları Qarabağdan çıxarır? - Onları çağırışçılar əvəz edəcək

07.02.2023, 16:53
Rusiya  sülhməramlıları Qarabağdan çıxarır? - Onları çağırışçılar əvəz edəcək

Rusiyada hərbi xidmət yaşına çatmış çağırışçılar da sülhməramlıların tərkibində xidmətə cəlb ediləcəklər.

"AzPolitika.info" xəbəər verir ki, bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi tərəfindən qanuna dəyişiklik hazırlanıb.

Əgər qanuna dəyişiklik qəbul edilərsə, rusiyalı çağırışçılar Qarabağda və Dnestryanı bölgədə xidmətə cəlb ediləcəklər.

Qanun 2022-ci il avqustun 15-dən hərbi xidmətə çağırılan bütün çağırışçılara şamil oluna bilər.

Qeyd edək ki, görünür Rusiya Qarabağda və Dnestryanı bölgədə sülhməramlı kimi xidmət edən təcrübəki hərbçilərui Ukraynaya göndərib, onları çağırışçılarla əvəz etmək niyyətindədir.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2023-02-07 20:16:08

Yooox,bu deyəsən düz çıxmır axı.Necə yəni hərbi xidmət yaşına çatmış çağırışçılar sülhməramlıların tərkibində xidmət edəcək?Sülhməramlı və hərbi xidmət ayrı-ayrı şeylərdir.Hərbi xidmət yaşına çatmış çağırışçı harada xidmət edərsə ora onun vətəninin bir parçası deməkdir və ya vətəninin idarə etdiyi koloniyadır.Rus iki il hərlədi fırladı, nəhayət, əsil üzünü göstərməyə başladımı?Qarabağ Rusiyanındırmı ki,hərbi çağırışçılarını Qarabağda xidmət etməyə göndərsin?Qarabağda yalnız və yalnız Azərbaycanın hərbi xidmət yaşına çatmış çağırışçıları hərbi xidmətdə ola bilərlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol