Menu

Dəm qazından zəhərlənən qadın 9 gün sonra ölüb

08.02.2023, 09:45
Dəm qazından zəhərlənən qadın 9 gün sonra ölüb

Abşeron rayonunun Hökməli qəsəbəsində dəm qazından zəhərlənən qadın 9 gün sonra ölüb.

"Report" xəbər verir ki, yanvarın 29-da 49 yaşlı Məlahət Rəhimova yaşadığı fərdi yaşayış evində qonşuları tərəfindən dəm qazından zəhərlənmiş vəziyyətdə aşkar edilib.

O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin aldığı müalicəyə baxmayaraq fevralın 7-də ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol