Menu

Tehranın keçmiş prokuroru həbs olunub

17.11.2014, 09:35
Tehranın keçmiş prokuroru həbs olunub

İran ali məhkəməsi Tehranın keçmiş prokurorunu azadlıqdan məhrum edib.

O, 2009-cu ildəki hökümət əleyhinə olan nümayişlərdə ən az 3 nümayişçinin ölümündə təqsirkar bilinir.

Saeed Mortazavi keçmiş prezident Mahmud Ahmadinejadın müttəfiqi olub.

2010-cu ildəki ilkin hesabada aşkarlanıb ki, Mortazavi etirazlarda həbs olunmuş ən az üç nümayişçinin işgəncə ilə öldürülməsində təqsirkardır. Mortazavi bütün ittihamları rədd edir.

O, 2013-cü ilin fevralında həbsxanada baş verən ölüm hallarından sonra həbs edilib. Mortazavi 6 il Tehran prokuroru olub. Bu vəzifəsindən əvvəl o hakim kimi çalışırıb. Onlarla islahatçı nəşrlərin bağlanması və jurnalistlərin həbs edilməsi onun adı ilə bağlı olub. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol