Menu

Azərbaycan vətəndaşları Qaziantepdən avtobuslarla ölkəmizə yola salınır

08.02.2023, 18:09
Azərbaycan vətəndaşları Qaziantepdən avtobuslarla ölkəmizə yola salınır

Azərbaycan vətəndaşları Qaziantepdən avtobuslarla ölkəmizə yola salınır.

"Report" un Qaziantepə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən onların qida təminatı da həll olunacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8 574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol