Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Ermənistan və İranın Azərbaycan-Ermənistan sərhədlərində təxribatlara hazırlaşdıqları barədə məlumatlar yayılır. Siz necə düşünürsünüz, indiki ərəfədə belə təxribatların törədilməsi nə dərəcədə realdır?
- İlk növbədə Türkiyədə baş vermiş zəlzələdə onminlərlə insanın həyatını itirməsinə görə bütün Türk dünyasına dərin hüznlə başsağlığı verirəm. Düşmənlər sevinməsin! Əminəm ki, Türkiyə və Türk dünyası bu sınaqdan daha da güclənmiş və bütövləşmiş çıxacaq.
Sualınıza cavab olaraq onu deyə bilərəm ki, İran münaqişəyə hərbi müdaxilə üçün çoxdan əlverişli şərait arayır. İndi düşünə bilərlər ki, belə bir imkan yaranıb. İran görür ki, Türkiyə ilə Qərb arasında münasibətlər rəvan deyil və Qərb bütün vasitələrlə Ermənistana kömək etmək istəyir. Bizim təbii müttəfiqimiz Türkiyənin isə başı zəlzələnin fəsadlarının aradan qaldırılmasına qarışıb. Düşünürlər ki, belə vəziyyətdə İranın Ermənistan tərəfdən münaqişəyə qatılması Qərbin onlara təzyiqini azaldar, onlar da bundan istifadə edib həm nüvə proqramını, həm də daxildə repressiyaları genişləndirib, orta əsrlərə xas olan teokratik rejimlərinin ömrünü uzada bilərlər. Ermənilərin türklərə olan nifrəti, revanş götürmək hissi onları sağlam mühakimə yürütmək qabiliyyətindən məhrum edib və hər cür avantüraya sövq edir.
- Belə bir təxribat baş verərsə, bizim cavabımız necə olmalıdır?
- Bu halda onlara ciddi əks-zərbə vurulmalı, Qarabağda erməni sakinlərin yaşadığı ərazilərimizdə dövlət suverenliyi bərpa olunmalı, nəhayət ki, bölgəyə inkişafa yol açacaq sülh gətirilməlidir. Bunun üçün dərhal Daxili Qoşunlar Xankəndiyə daxil olmalıdır. Zəngəzurdan Naxçıvana, 10 noyabr 2020-ci il üçtərəfli sazişə uyğun olaraq açılmalı olan yolların tikintisini təmin etmək məqsədilə tədbirlər görülməlidir. Yəni avtomobil və dəmir yollarının bərpa edilməli olduğu ərazi Silahlı Qüvvələrimiz tərəfindən müvəqqəti nəzarətə götürülməli və müəyyən təminatlar əsasında qeyd etdiyim sazişə uyğun olaraq, yolların təhlükəsizliyini təmin etməyə məsul olan Rusiyanın nəzarətinə verilməlidir.
“AzPolitika”

Şərhlər
Qaldiki Xankəndinə, Xocalıya, Agdərə gedə bilməyənlər Zəngəzur dəhlizindən danişirlar. Əvvəla beynəxalq qanunlara görə ora Ermənistan ərazisi sayılır. Ona görə bizi qanunu pozmuş oluruq. Bu qədər var dövlətlə, qazla, neftlə biz zəngin ola bilmirik. Bu dəhlizlə olacaq hər şey əla.
Bəli, yankilərin SSRİnı buraxdırdığından da 30 il keçməsinə və Azərbaycan 1918 ci ildəki kimi, yəni 136 min kv km ərazisi ilə AXCnin varisi kimi BMT üzvlüyünə qəbul edilsə də daxili etnik soyqırım terrorçuları qonşu Ermənistan Hərbi tərəfdaşının aşkar təcavüzünə qarşı öz sərhəddlərini müdafiə və bu səbəbdən daxili təhlükəsizliyini təmin edə bilmir?
Hər dövləti yaxşı-pis alababat rəhbərlər idarə edir, başı yoxdursa ətrafında olan təlxəklər ona yardımçı olurlar. Ağlım kəsəndən İranı normal başı olan bir liderin rəhbərlik etməsini görməmişəm, bu da ondan irəli gəlir ki, İran cəmiyyəti, ictimaiyyətinin kafa durumu o qədər də yüksək səviyyədə deyil. Mən qətiyyən soydaşlarımızın mənəviyyatına toxunmaq istəməzdim və istəmirəm də. Lakin fakt faktlığında qalır, hər şey elmə, təhsilə əsaslanır. İran hakimiyyəti bu gün olmayan başını itirib və onun axtarışındadır. Nə qədər mürtəce olasan ki, qonşunun pis gününü arzulayasan. Belə xislətdə olan dövlətin, qonşunun sonu yoxdur, geci-tezi var. Xatırlamıram ki, nə zamansa Azərbaycanın ağlından İranın əleyhinə hansısa təxribat xarakterli fikir keçsin. Ay Allahsız mollalar bu gün sənin dövlətin mənim soydaşlarımızın say hesabına görə formalaşıb. Artıq hüququ tapdalanmış qardaşlarımız bir gün səni silib-süpürüb tarixin arxivinə tullayacaq. Demirəm ki, farslar ağ gündədir, onların da bir gün səbr kasası dolacaq. Qayıdaq Qarabağımıza. Nə qədər ki, Rusiya hakimiyyəti ayaqdadır (Allah onun ayağına bir əncam çəksin) bizim başımız açılası deyil. Bu rusun təbiətindədir, onun mahiyyəti bundan ibarətdir. Elə fikir yaranmasın ki, Rusiya hakimiyyəti Qarabağda baş verən hadisələrin fərqində deyil. O, çox yaxşı anlayır ki, Azərbaycan kimi strateji müttəfiqi, daha doğrusu yağlı tikəni əldən buraxmaq olmaz. Azərbaycan artıq regionda söz sahibidir. Odur ki, başımıza gələn bəlaların kökünü nə ermənidə nə də farsda axtarmaq lazım deyil, bütün bəlaların kökü rusun, Rusiyanın varlığındadır. Allaha şükür, xarici siyasətimiz ən yüksək səviyyədədir. Məs., Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası çox ağıllı qərardır. Biz nə erməniyə, nə sülhməramlıya nə söymürük, nə güllə atmırıq. Dünya da görür ki, bizim yolumuz haqq yoludur. Biz bu aksiyanı müddətsiz davam etdirməliyik, o vaxta qədər ki, bəlkə erməni də, rus da bezikib bizdən əl çəkələr. İtlə dostluq elə, çomağı əlində möhkəm saxla. Hərbi qüdrətimizi o dərəcədə yüksək səviyyədə saxlamalıyıq ki, düşmənin əl-qoı açmasına imkan verməməliyik. Belə bir hərəkətə yol verərsə, burnunu ovmaq lazımdır. Gec-tez erməni bezib bizim şərtlərimizlə razılaşacaq, buna zaman lazımdır. Bunu erməni siyasətçiləri çox gözəl anlayırlar, onlar tülküdən 5 gün qabaq doğulublar. Rusiyanın isə iqtisadi, hərbi resursları demək olar ki, tükənmək üzrədir. Bu gün o öz canı ilə əlləşir. Müsəlman, türkdilli dövlətlərin birliyinə böyük ehtiyac var. Qüdrət Həsənquliyevin də fikirıəri maraqlıdır.