Ukrayna Rusiyada hansı hədəfləri vuracağını açıqladı

Özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

O qeyd edib ki, söhbət Qərb silahlarından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməsindən getmir:

“Lakin özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var. Çox sadə bir nümunə göstərim. Xarkov şəhəri Rusiya ərazisindən S-300-lərlə mütəmadi olaraq atəşə tutulur. Sizcə, Rusiya ərazisində yerləşən bu sistemləri məhv etmək hüququmuz var, ya yox? Təbii ki, var. Biz bunu Qərbin silahı ilə deyil, hazırda arsenalımızda olan öz silahlarımızla edəcəyik”.

Danilov vurğulayıb ki, Ukrayna istehsalı silahlarla lazımi funksiyaları yerinə yetirmək mümkündür:

"Qərb silahından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməyəcək: Öz istehsalımız olan raketlərə gəlincə, vətəndaşlarımızın təhlükəsizliyi baxımından kritik əhəmiyyət kəsb edən obyektləri məhv etməyə tam hüququmuz var. Bizim öz istehsalımız olan raketlərimiz, komplekslərimiz, PUA-larımız var. Bu silahlarla lazımi funksiyaları yerinə yetirmək mümkündür”.

635x100

Şərhlər

Rufet 2023-02-13 11:03:06

Ukraynaya bu haqq işində uğurlar!!! Ruslar illərdirki ətrafında olan qonşu dövlətlərin ərazilərində süni münaqişə ocaqları yaradır,saysız hesabsız günahsız insanları öldürür.Artıq yetər ona kimsə dur deməlidir.

Danilova-ya 2023-02-09 23:22:15

Ukraynada da atom silahı var. Eyni zamanda bütün Avropada var və tuşlanıb Moskvaya,Leninqrada. Bunu da Putik bilir.

Vətəndaş 2023-02-09 23:20:21

İnşalla! İnşallah bu şeytan Rusiya-Putin çökdürülsə idi bizim də canımız erməni-rus-farsdan qurtarardı. Azərbaycan isə birləşib bir böyük dövlət olardı. Regiyonda 2-ci böyük Türk dövləıti yaranardı.

Danilova 2023-02-09 18:22:54

Ay tula...indiyənə qədər niyə etmirdiniz yoxsa elə bilirsən rualar bilmiyəcək qərb silahları olduğunu bu bir növ özünü nüvə zərbəsindən sığortalamaqdır ama gec tez atom yiyəcəksiz

Son yazılar