Menu

Ən böyük neft yatağında hasilat 15 milyon barrel azalıb – Ötən il AÇG-yə 2.1 milyard dollar xərclənib

09.02.2023, 16:37
Ən böyük neft yatağında hasilat 15 milyon barrel azalıb – Ötən il AÇG-yə 2.1 milyard dollar xərclənib

2022-ci ilin yekunu olaraq “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 152 mln barrel neft hasil edilib. 2021-ci ildə bu göstərici 167 mln barrel olmuşdu.

“Caspian barrel”in məlumatına görə, AÇG-nin operatoru BP şirkətinin açıqladığı illik hesabatda bildirilir ki, 2022-ci ilin yekunu olaraq AÇG müqavilə sahəsində orta gündəlik hasilat 415,4 min barrel olub. Daha dəqiq ifadə etsək, ötən il AÇG-dən 151 mln 621 min barrel və ya 20,4 mln ton neft hasil edilib.

Platformalar üzrə gündəlik neft hasilatı aşağıdakı kimi olub:

Çıraq – 25 200

Qərbi Çıraq – 39 400

Şərqi Azəri – 64 000

Mərkəzi Azəri – 104 100

Qərbi Azəri – 106 400

Dərinsulu Günəşli – 76 300

Ötən ilin sonunda AÇG-də ümumilikdə 141 neft hasilat quyusu, 41 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 12 neft hasilatı və üç su injektor quyusu tamamlanıb.

2022-ci ildə AÇG layihəsi üzrə kapital qoyuluşu (Capex) 1 milyard 624 milyon dollar, əməliyyat xərcləri (Opex) isə təqribən 470 milyon dollar təşkil edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol