“İslam Dövləti” terror təşkilatı Liviyanın Baqa əyalətində hərbi parad keçirib.
Bu barədə SalamNews təşkilat üzvlərinin “Twitter” səhifələrinə istinadla xəbər verir.
Terrorçular Liviyada yaratdıqları "ordu"nun islam və ümmətin qorunmasında istifadə olunduğunu iddia edilər.
Qeyd edək ki, bundan əvvəl ekspertlər “İslam Dövləti”nin Suriya və İraqda vurulmasından sonra terrorçuların Liviyada fəallaşacaqlarını bildirmişdilər.
Təşkilat lideri Əbu Bəkr əl-Bağdadi isə Liviya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və digər ölkələrdə də hücumlar həyata keçirəcəyini vəd etmişdi.


Şərhlər