Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələ nəticəsində həlak olanların bir qismi dəfn edilib.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələdən ciddi ziyan görən vilayətlərdən olan Hatayın Antakya bölgəsində “zəlzələ qəbiristanlığı” salınıb.
Xəbərdə qeyd olunur ki, xəstəxanada yarılma prosesi başa çatan cənazələr nəqliyyat vasitələri ilə “zəlzələ qəbiristanlığı” adlanan əraziyə gətirilir və dini prosedurlara uyğun dəfn edilirlər.
Məlumata görə, qəbir daşlarının üzərinə ad əvəzinə nömrə yazılır. Bunun dəfn mərasimlərinin sürətli aparılması üçün edildiyi bildirilir.
“AzPolitika.info”




Şərhlər