Menu

“Hakimiyyət prokurorluqdan təzyiq aləti kimi istifadə edir” – Erməni deputat

10.02.2023, 16:21
“Hakimiyyət prokurorluqdan təzyiq aləti kimi istifadə edir” – Erməni deputat

“Hakimiyyət ictimaiyyətin diqqətini gündəmdəki mühüm məsələlərdən, Ermənistanın üzərindəki təhdidlərdən yayındırmağa, ictimai şüuru manipulyasiya etməyə çalışır”.

“AzPolitika.info” xəbər verir ki, bunu parlamentdə müzakirələr zamanı “Ermənistan” blokundan olan deputat Elinar Vardanyan deyib. O, Ermənistanın ciddi sınaqlarla üzləşdiyini və bunun fonunda hər gün cinayətə bulaşdığını qeyd edib.

Deputatın sözlərinə görə, məhkəmə-hüquq sistemi böhran içindədir və əsas problem onun hakimiyyətin iradəsinə xidmət edə biləcək dərəcədə siyasiləşməsidir: “Bu sistem sifarişləri yerinə yetirən ayrıca bir quruma çevrilib. Nəticədə ciddi problemlər yaranıb və hüquqi terror təkcə ictimai xadimlərə, müxalifətçilərə deyil, hər kəsin həyatına təsir edir. Ermənistan vətəndaşı qanuni don geyindirilmiş terrordan qorunmur. Ermənistan parlamentində hər kəs Seyran Ohanyana və Armen Çarçyana qarşı qanuni terrorun şahidi oldu. Hakimiyyət ictimaiyyəti inandırmağa çalışır ki, Ermənistanda ciddi qanun pozuntuları törədilib və onlar cəmiyyəti xilas etməyə gəliblər. Lakin reallıq başqadır - hakimlərin hüquqları ciddi şəkildə pozulur, hakimiyyət prokurorluqdan təzyiq aləti kimi istifadə edir”.

Xatırladaq ki, Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohnanyanı və həmin siyasi qüvvədən olan deputat Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol