Turkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 8-də bəyan edib ki, ölkənin hökuməti qarşıya məqsəd qoyub ki, dağıdıcı zəlzələnin nəticələrini bir il ərzində aradan qaldırsın.
Xəbəri «Anadolu» informasiya agentliyi yayıb.
Prezident bəyan edib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət bütün rıçaq və resursları hərəkətə gətirib.
Onun sözlərinə görə, zərər çəkmiş hər ailə birdəfəlik olaraq, 10 min lirə (530 dollara yaxın) həcmində kömək alacaq.
O, əlavə edib ki, hökumət bir il ərzində zəlzələdən zərər çəkmiş on əyalətin sakinlərinə yeni mənzillərin verilməsini qarşıya məqsəd qoyub.
Ərdoğan həmvətənlərini fəlakət qarşısında birliyə və həmrəyliyə səsləyib.
Türkiyə hökumətinin başçısı bundan əvvəl fəlakət zonasına gedib, həm də itkilər barədə məlumat verib (Bu günə olan məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 20 mini ötüb).
AzPolitika.info


Şərhlər