Hatayda axtarış-xilasetmə işlərinə qatılan Konya Böyükşəhər Bələdiyyəsi əməkdaşlarının dağıntılar arasından taparaq polisə təhvil verdikləri çantadakı pulun saxta olduğu aydın olub.
“AzPolitika.info” Türkiyə mediasına istinadla xəbər verir ki, 10 vilayətdə baş verən zəlzələlərdən sonra Konyadan bölgəyə gedən və axtarış-xilasetmə işlərinə dəstək verən bələdiyyə işçisi Mehmet Özber Uslu içərisində 4 milyon lirə olan çanta tapmışdı.
İçindəki pulun real olduğunu düşünən Uslu çantanı qısa müddətdə polis əməkdaşlarına təhvil verib. Amma çantadakı pulun saxta olduğu məlum olub.
Rasim
“AzPolitika.info”


Şərhlər