Kahramanmaraş zəlzələsindən sonra Adanada lüks və etibarlı binalar satışa çıxarılan, amma zəlzələdə karton evlər kimi dağılan 14 mərtəbəli “Alpargün Evləri”nin sahibləri zəlzələ günü Kiprə qaçıblar.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, ata Həsən Alpargün telefonunu bağladığına görə onunla əlaqə saxlamaq mümkün olmayıb. Oğlu Həsən Can Alpargün isə “Cümhuriyət” qəzetinə danışıb.

Can Alpargün, “Atamın tutulması üçün onu ihbar etdim. Biz bir yerdə deyilik. Dağılan bina mənim 5 yaşım olanda tikilib, ona görə haqqımda deyilənlər əsassızdır, mən məsuliyyət daşımıram. Mənim binalarla heç bir əlaqəm yoxdur", deyib.

Təxminən 60 vətəndaşın həyatını itirdiyi binanın podratçısı olan “Alpargün İnşaat”ın sahibi Həsən Can Alpargünün 7 il əvvəl verdiyi müsahibədə onların ailə biznesi olduğunu və bu şüarla binaları satışa çıxardığını bildirib: “Layihələrdə diqqət etdiyimiz ən vacib şey etibarlılıq və zəlzələyə davamlılıqdır”.
Rasim
“AzPolitika.info”


Şərhlər
Dağılan binalara görə polisə verməyib,milyardlarını qorumaq üçün ata-oğul belə məsləhət ediblər ki,”Mən Kiprə qaçıram,sən də məni ihbar et ki,guya sənlik deyil bu işlər,beləcə varidatımızın sənə aid olan qisminə dövlət toxunmasın”.