Menu

Kahramanmaraşdakı bu bina necə sağlam qaldı? – “Doğru layihəni doğru insanlarla gerçəkləşdirdik”

11.02.2023, 18:24
Kahramanmaraşdakı bu bina necə sağlam qaldı? – “Doğru layihəni doğru insanlarla gerçəkləşdirdik”

Fevralın 6-da Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonlarında baş verən ardıcıl zəlzələlər nəticəsində 6 mindən çox binanın dağıldığı, 12 mindən çox binanın isə qəzalı vəziyyətə düşdüyü bildirilir. Zəlzələnin episentri hesab olunan Kahramanmaraşda da yüzlərlə binaya ziyan dəyib. Bu barədə sosial şəbəkələrdə paylaşılan bir foto böyük marağa səbəb olub. Belə ki, güclü zəlzələ nəticəsində yerlə-yeksan olan binaların arasında İnşaat Mühəndisləri Palatasının Kahramanmaraş Nümayəndəliyi dağılmayıb.

“AzPolitika.info” xəbər verir ki, həmin vaxt İnşaat Mühəndisləri Palatasının Kahramanmaraş nümayəndəsi olan Yaşar Balık bu barədə bir sıra açıqlamalar verib.

O, binada dağıntının olmamasının səbəbini belə izah edib: “Biz bu binanın tikintisini 2012-ci ildə başa çatdırdıq. Tikinti işləri iki il davam etdi. Bu zaman bir sıra problemlərlə qarşılaşdıq. Məsələn, binanın altından keçən kanlizasiya borusu, daha sonra isə qaz xətti partladı. Ardınca binanın təməlində şirin su yatağı aşkarladıq. Maraş bələdiyyəsindən icazə alaraq bu su yatağını boşaltdıq.

Biz doğru layihəni doğru insanlarla gerçəkləşdirdik. Tikintidə düzgün materialdan, düzgün işçilərdən istifadə etdik və sonda düzgün nəticə əldə etdik. Bizdən əvəl burada tikilən 8-9 mərtəbəli binaların hamısı dağılıb. Çünki onların heç birinin tikinti icazəsi yox idi”.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol