Menu

Keçmiş nazir üçün həbsxana yolu göründü – Prokurorluq cinayət ittihamı irəli sürdü

13.02.2023, 18:19
Keçmiş nazir üçün həbsxana yolu göründü – Prokurorluq cinayət ittihamı irəli sürdü

Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu yerli mediaya açıqlamasında bildirib.

Xatırladaq ki, Seyran Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Ermənistan parlamenti fevralın 8-də baş prokurorun vəsatətləri əsasında Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol