Menu

Yanvarda ÜDM 1,5 faiz azalıb – Ekspert səbəbləri açıqladı

13.02.2023, 23:27
Yanvarda ÜDM 1,5 faiz azalıb – Ekspert səbəbləri açıqladı

2023-cü ilin yanvar ayında ölkədə 9 milyard 690.2 milyon manatlıq (cari məzənnə ilə 5 mlrd. 700.12 mln. dollar) ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinad edir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz azalma (ressesiya) deməkdir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4.6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1.7 faiz artmışdır.

 Xatırladaq ki, ötən il Azərbaycanın ÜDM-i 4,6% artımışdı. Bir əvvəl -2021-ci ildə isə 2020-ci ilə nisbətdə iqtisai artım 5,6%-ə çatmışdı.

Neft-qaz sektoru üzrə mütəxəssis İlham Şaban bildiri ki, bunun səbəbi neft-qaz sektoru üzrə ÜDM-in 4.6 faiz azalmaısıdr.

“Çünki neft hasilatı azalıb, demək ixrac da azalıb, bundan əlavə həm neftin, həm də ixrac qazının qiymətləri aşağı düşüb. Bu isə həm neft, həm də neft-kimya məhsullarının qiymətlərinin də azalmasına səbəb olub”, - eskpert qeyd edib.

İ.Şaban neftin Azərbaycan iqtisadiyatına təsirlərinin hələ kifayət qədər yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, ÜDM istehsalının 52.8 faizi sənaye, 9.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.2 faizi tikinti, 2.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.6 faizi informasiya və rabitə, 1.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15.5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8.1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 956.6 manata ($562.7) bərabər olmuşdur.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol